Naxçıvanın daxili işlər naziri istefaya göndərilir- ƏHMƏD ƏHMƏDOVLA VASİF TALIBOV ARASINDA NƏ BAŞ VERİR?
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun vəzifəsindən kənarlaşdırılacağı barədə redaksiyamıza məlumat daxil olub. Gununsesi.info-ya verilən informasiyada deyilir ki, Əhməd Əhmədovun yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir. Buna səbəb onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla arasında yaranan problemlərdir. Artıq Əhməd Əhmədovun səlahiyyətləri onun müavininə verilib. Əhməd Əhmədovun nazir postunda qalması formal xarakter daşıyır.
Məlumatda həmçinin, qeyd olunur ki, artıq Vasif Talıbovun əmri ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı İlkin Novruzov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, əslən Şərurun Tumaslı kəndindən olan Əhməd Əhmədov 2000-ci ilin iyun ayından Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.
Tarix: 29-06-2017, 13:48