İcra başçısının müavini və baş mühasibi vəzifəsindən azad olundu

İcra başçısının müavini və baş mühasibi vəzifəsindən azad olundu Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.

Siam.az-ın xəbərinə görə, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.
Siam.az
Tarix: 29-06-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti