Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ

Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, S.Koçaryan Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən, Moskvanı tənqid edib.

“Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında “Tank qatili” adlandırılan “Xrizantema-S” raket kompleksləri var. Məhz bu silah Ermənistanda ciddi qorxulara səbəb olub.

Asif
Tarix: 29-06-2017, 17:33
Xəbəri paylaş





Xəbər lenti