“İsrailin Qarabağ münaqişəsinə cəlb edilib-edilməməsi Azərbaycanın daxili işidir”

“İsrailin Qarabağ münaqişəsinə cəlb edilib-edilməməsi Azərbaycanın daxili işidir” Bu fikirləri Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev “Şimal xəbərləri”nə açıqlamasında bildirib. O deyib ki, İran parlamentinin sədri Əli Laricaninin “İsrailin Qarabağ münaqişəsinə cəlbi mənfi nəticələrə gətirəcək” açıqlaması tamamilə yalnışdır. Əksinə, bu ölkə Azərbaycanla dostdur və bizə silah satır, kiminlə vuruşduğumuzu da yaxşı bilir. “Rəsmi Tehrandan fərqli olaraq İsrail dövləti bizə olan münasibətində səmimidir. Cənub qonşumuz Dağlıq Qarabağ münaqişəsi başlayandan heç vaxt Ermənistana qarşı sərt mövqe nümayiş etdirməyib. Əvəzində, Ermənistana yol açıb. Sözdə islam həmrəyliyindən danışan İran alt qatda daşnaklara ciddi dəstək verir. İşğal olunmuş ərazilərimizdə İran vətəndaşlarının sərbəst hərəkəti və son günlər iranlı mütəxəsislərin Şuşa məscidində təmir-bərpa işləri aparması barədə yayılan məlumatlar da bunu sübut edir. İran dünyada bir şiə həmrəyliyindən danışır. Bəs onda işğal edilmiş ərazilərimizdən didərgin düşmüş köçkünlərin dərdinə niyə ağlamır? Həm də belə çıxır ki, ermənilər ölkəmizdə yaşayan azərbaycanlıları düşmən, İranda yaşayanları dost hesab edirlər. Tamamilə belə olmasa da, erməni-fars cütlüyü bu görüntünü yetərincə yarada bilib. İstər İranın Ali dini , istərsə də dövlət rəhbərliyinin Ermənistanı işğalçı adlandırması formal xarakter daşıyır. Ortalıqda nə dini həmrəylik var, nə də əsl dostluq münasibətləri. Ona görə də Əli Laricanidən soruşmaq lazımdır ki, əgər İsrailin Qarabağ münaqişəsinə cəlbi mənfi nəticələrə gətirəcəksə, bəs İranın düşmənlərimizə uzun illərdir qucaq açması nəyə gətirib çıxarıb? İyirmi faiz torpağımızın işğalına və minlərlə şəhid verilməsinə”.

Ekspertin fikrincə, İran-Ermənistan dostluğunun zərərli nəticələri barədə açıq danışmaq lazımdır. Artıq vaxt çatıb ki, biz düşmənimizin dostuna kim olduğunu açıq şəkildə bildirək.

Siam.az
Tarix: 29-06-2017, 20:27
Xəbəri paylaş





Xəbər lenti