Döyüş əmri gözləyən XÜSUSİ TƏYİNATLILAR, İrəvan üçün QORXUNC PLAN…- GÜNÜN SİYASİ XÜLASƏSİ

Döyüş əmri gözləyən XÜSUSİ TƏYİNATLILAR, İrəvan üçün QORXUNC PLAN…- GÜNÜN SİYASİ XÜLASƏSİ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlandı. İŞİD və YPG terror təşkilatlarını sərhədlərindən təmizləmək üçün “Fərat Qalxanı” hərəkatı keçirən Türkiyə ikinci əməliyyata başlayır. ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini tamamlayıb. Rusiya Qərbə qarşı sanksiyaların müddətini 31 dekabr 2018-ci il tarixinə qədər uzadıb. İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstində hakimiyyəti dəyişdirmək üçün razılaşıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbə məlumat verib.
Nazirlərin görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Mauerbaxda keçiriləcək qeyri-rəsmi görüşü çərçivəsində baş tutacaq.
“Görüşdə Minsk qrupunun həmsədrlərinin iştirak edəcəyi də gözlənilir”, - deyə diplomatik mənbə vurğulayıb.
Daha əvvəl Ermənistanın xarici işlər naziri bildirib ki, görüş iyulda keçirilə bilər. “Ola bilər ki, tezliklə Xarici İşlər Nazirliyinin başçıları səviyyəsində görüş olsun. Çox güman ki, görüş iyulda olacaq”, - erməni nazir 2016-cı il büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı Ermənistan parlamentində deyib.
Ermənistan Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsində 10-a yaxın mülki müdafiə obyekti yaradıb. Bu barədə Ermənistanın fövqəladə hallar naziri David Tonoyan 2016-cı ildə dövlət büdcəsinin icrası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sığınacaqlar əvvəl sərhədboyu ərazilərdə yerləşən 2 kənddə, daha sonra 8 kənddə qurulub. Ermənistanın bu addımı Azərbaycanla mümkün müharibəyə hazırlıqdır.
ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam güclə strat verilib. Hazırda, yüzlərlə amerikalı hərbçi Ermənistandadır. Bu iddia ilə “newsinfo” saytı çıxış edib. İddiaya görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər.
“Onlar ABŞ-ın “xarici hərbi maliyyələşmə” adlı sxemi əsasında gəliblər. Lakin aralarında Ermənistanda nəzarəti ələ almaq üçün gələn yüksəkrütbəlilər də var. ABŞ hərbiçiləri erməni hərbiçilərinə minaların təmizlənməsi kimi xoşməramlı kömək edəcək. Lakin bu, Birləşmiş Ştatların sakit şəkildə Ermənistana müdaxiləsidir. Görünür, Rusiyanın boyunduruğunda olan Sarkisyan rejimi artıq Vaşinqtona lazım deyil”, - deyə iddiada qeyd olunur.
İŞİD və YPG terror təşkilatlarını sərhədlərindən təmizləmək üçün “Fərat Qalxanı” hərəkatı keçirən Türkiyə ikinci əməliyyata başlayır. “Fərat Qılıncı” adı verilən əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna “hazır olun!” təlimatı verilib.
Əməliyyat üçün Türkiyə-Suriya sərhədinə böyük miqdarda hərbi texnika, sursat və canlı qüvvə toplanıb. Bu, “Fərat Qanxanı”nda istifadə olunan hərbi texnika və sursatdan iki dəfə çoxdur. Bölgədə xüsusi təyinatlı qüvvələrdən 7 min əsgər hazır vəziyyətə gətirilib.
İyul sonu, yaxud da avqustun əvvəlində başlanması planlaşdırılan quru əməliyyatı Suriyanın şimalının YPG-dən təmizlənməsinə kimi davam edəcək.
ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini tamamlayıb. Daha əvvəl Respublikaçılar Partiyasının nümayəndələri bildirirdilər ki, qanun layihəsindəki səhvlər onun tamamlanmasını tələb edir. Bildirilirdi ki, layihə ABŞ konstitusiyasını pozur.


Rusiya dəniz dövləti statusundan məhrum olacaq. Bu proqnozla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
Kəşfiyyat-analitik mərkəzi qeyd edir ki, Rusiya suüstü donanmanın maliyyələşdirilməsini və hərbi gəmilərin miqdarını ixtisar edir.
“Rusiya əsas diqqətini Baltikyanı və Qafqaz ölkələrinə (Xəzər donanması nəzərdə tutulur - red.), həmçinin, Ukrayna və Arktikaya yönəldəcək. xüsusilə, Arktikada “Şimal” birləşmiş strateji komandanlığı 2020-ci ilə qədər hərbi dairə statusunu alacaq. Kreml qərb cinahında NATO-nu əsas təhlükə olaraq qəbul etməyə davam edəcək, odur ki, yerüstü və havada nüvə silahlanmasını gücləndirəcək”, - deyə “Stratfor” proqnozlaşdırıb.
Rusiya Qərbə qarşı sanksiyaların müddətini 31 dekabr 2018-ci il tarixinə qədər uzadıb. Bu haqda rəsmi internet portalında dərc edilmiş Rusiya prezidentinin fərmanında deyilir.
Sənəddə qeyd edilir ki, bu qərar “Rusiya Federasiyasının milli maraqlarının müdafiəsi üçün” qəbul edilib. Fərman imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, iyunun 29-da Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Ukrayna prezidenti Pyotr Poroşenkonun lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko şok ittihamla çıxış edib. Deputat ZIK telekenalının efirində erməni əsilli daxili işlər naziri Arsen Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb.
“Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.
Qeyd edək ki, bu, Avakova qarşı səsləndirilən analoji ilk ittiham deyil.


Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Yaxın Şərqdə ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır. Mövzu ilə bağlı növbəti iddia İran mediası tərəfindən ortaya atılıb.


İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstində hakimiyyəti dəyişdirmək üçün razılaşıb. Bu haqda İsrailin “Haartez” nəşri yazıb.
Nəşrin xəbərinə görə, üç ölkə Fələstin lideri Mahmud Abbası və “Həmas” təşkilatını BƏƏ tərəfindən dəstəklənən Məhəmməd Dahla ilə əvəz etməyi planlaşdırılır. Yazının müəllifi qeyd edir ki, planın reallaşması ilə “İsrail və Misirin xəyalı gerçəkləşəcək”.
Müəllif qeyd edir ki, planın əsas hədəfi Türkiyə və Qətərin Qəzzadakı rolunu minimuma endirməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Bu haqda Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal bildirib.
Ömər Dağlı
Tarix: 30-06-2017, 23:16
Xəbəri paylaş





Xəbər lenti