"Rayon icra başçıları camaatı qul kimi işlədir"

"Rayon icra başçıları camaatı qul kimi işlədir" “Hal-hazırda rayonlara növbəti səfərim başlayıb. Mənim getdiyim rayonlarda icra başçılar əl ayağa düşür. Biri kəbab qonaqlığına dəvət edir, biri villasına çağırır, başqası ən bahalı oteldə yer ayırır.”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, icra başçılarının bu təkliflərini rədd edir:


“Rayonlardakı icra başçıları bu addımları ilə mənim gözümə kül üfürmək istəyirlər. Amma mən onların bu təkliflərini birbaşa olaraq rədd edirəm. Hafiz Hacıyev ac-yalavac yaşamağa öyrəşmiş gözü tox insandır. Ağılları özlərinə gedib, elə bilirlər ki, məni hansısa şirnikləndirici vədlə susdura biləcəklər. Onlar istəyir ki, mən baş verən problemlər barədə ictimaiyyətə məlumat verməyim. Amma bunu hamı yaxşı bilir ki, susmaq mənim xarakterimə ziddir. Rayonlardakı əhalini sosial durumu çox ağırdır. Bu insanlar mənim millətim övladlarıdır, qanı qanımdan, canı canımdandır.
Mən də partiya sədriyəm, mənim işim ölkədəki problemləri qabartmaq tənqid etmək, bunları qardaşım İlham Əliyevə çatdırmaqdır. Kənd təsərüfatı sahəsindəki vəziyyəti uzun müddətdir ki, tənqid edirəm, rayonlarda kəndçilərin, fermerlərin birbaşa problemlərini dinləyib onlara kömək etməyə çalışıram. Bu tənqidlərimizdən sonra kənd təsərüfatı sahəsində bir balaca da olsa ucuzlaşma müşahidə olunur. Amma bu yetərli deyil. Qiymətlər daha da ucuzlaşmalıdır. Süni qiymət artımı yaradan şəxslər bazardan kənarlaşdırılmalıdır. Rayon icra başçıları camaatı qul kimi işlədir. Bakıdan rayonlara gəlmiş kuratorlar da gözdən pərdə asmaqla məşğuldular. İcra başçılarından 300-400 dollar alıb yeyib-içim gedirlər. Camaat şikayyət etməyə yer tapa bilmir. Buna görə də biz rayonlarda işlərimizi gücləndirməkdəyik. Məni də ölümlə hədələyən şəxslərə demək istəyirəm ki, Allah verən canı elə Allahın özü alır, mən heç kimdən çəkinmirəm. Faəliyyətim bundan sonra da davam edəcək.”
Tarix: 1-07-2017, 06:35
Xəbəri paylaş





Xəbər lenti