Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlişmə

Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlişmə Ölkəmizi xarici “təsir agentləri”nin poliqonuna çevirmək istəyən güclərin əsas hədəfi; prezident seçkiləri öncəsi Bakı seçim qarşısında qoyula bilərmi?..

Donald Tramp prezident seçiləndən sonra ABŞ-ın İran siyasəti xeyli sərtləşib. Artıq məlumdur ki, Vaşinqtonun Rusiyaya münasibəti də indi Obama dönəmindəkindən qat-qat gərgin xarakter alıb. ABŞ hər iki ölkəyə qarşı yeni və daha sərt sanksiyalar paketi qəbul edib - özü də qanunverici akt səviyyəsində. Amerikalı ekspertlərdən birinin dediyi kimi, “soyuq müharibə” bitdikdən sonra Moskva-Vaşinqton əlaqələri bunca aşağı səviyyəyə düşməyib. İranla Barak Obama dönəmində ilıqlaşan münasibətlər də artıq arxada qalıb.


İran və Rusiya isə Azərbaycanın iki böyük qonşusudur. Bu o deməkdir ki, Bakı ABŞ-ın Tehran və Moskva siyasətində yeni kritik gəlişmələri ən azı, diqqətlə izləmək zorundadır. Üstəlik, nəzərə alsaq ki, bizim strateji tərəfdaşlarımızdan olan İsrailin də Amerika ilə xüsusi münasibətləri var və yəhudi dövlətinin də İran siyasəti sərtdir, o zaman ikiqat tədbirli olmaq gərəkir ki, Azərbaycan böyük güclərin toqquşan maraqlarının altında və qəliz seçim qarşısında qalmasın.


*****
Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlişmə



Söhbət həm də qonşu Azərbaycanın İranla münasibətlərinin sərinləşməsində İsrailin maraqlı olmasından gedir. Yeri gəlmişkən, bu arada yəhudi politoloq Aviqdor Eskinin qəfildən işğal altındakı Dağlıq Qarabağda, Xankəndində peyda olması və onun separatçılara dəstək, Azərbaycan dövləti əleyhinə açıqlamalar verməsi ilə bağlı bəzi ilginc detallar və şərhlər ortaya çıxıb.
Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlişmə



Məsələn, tanınmış israilli ekspert Yakov Kedmi onu “haqqı ödənən təxribatçı” adlandırmaqla yanaşı, kifayət qədər açıq şəkildə işarə edib ki, A.Eskin, ümumiyyətlə, “Şabak” Ümumi Təhlükəsizlik Xidmətinin agenti də ola bilər. Öz növbəsində rusiyalı tanınmış teleaparıcı Maksim Şevçenko bu yəhudini böyük avantürist və bir neçə xüsusi xidmətin agenti adlandırıb. “İsraillə möhkəm strateji əlaqələri olan Azərbaycan hökumətinə yəhudilərin Qafqaza, Azərbaycana münasibətdə siyasəti ilə bağlı nəticələr çıxarmaq lazım gələcək. Eskin əlindən gələni edir ki, Qafqazın xristian və müsəlman xalqlarının arası dəysin” - Şevçenko bildirib.


A. Eskinin qanunsuz Qarabağ ziyarətinin məhz indiyə təsadüf eləməsini həm də İsrailin İrana qarşı müharibə hazırlıqları içində olması ilə əlaqələndirənlər var. İddialara görə, mövcud durumda İranın öz qonşuları ilə münasibətlərinin korlanması İsrailə əl verir. “Bu üzdən İsrail özünün ən ucuz təxribatlara belə getməyə hazır olan təsir agentlərini həmişə prosesə qoşmağa hazırdır”, - deyə təhlilçilərdən biri qeyd edib.


*****


İstənilən halda rəsmi Bakı yəqin ki, Azərbaycan ətrafında, Azərbaycanla bağlı bu kimi ilginc gəlişmələrin fərqindədir və adekvat addımlar atır. Söz düşmüşkən, iyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, habelə regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlişmə



Diqqətçəkicidir ki, eyni gündə Rusiya prezidenti Vladimir Putin Azərbaycan da daxil, “Yaxın xaric” ölkələri və Rusiya ilə bağlı bəzi xəbərdarlıqlar edib. Putin deyib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili işlərinə qarışmağa, həmsərhəd ölkələri qarışdırmağa cəhdlər edir. Bunu o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Baş Qərargahında çıxışı zamanı söyləyib. Doğrudur, Putin konkret ölkə adı çəkməyib, ancaq aydındır ki, Kreml başçısı əsasən hansı gücləri və dövlətləri nəzərdə tutur. O, həmin qüvvələrin ölkədəki ictimai proseslərə təsir üçün əməliyyatlar keçirdiyini də bildirib.


*****


Əlbəttə ki, Azərbaycanda Rusiya xüsusi xidmətləri də fəal şəkildə işləyir, bəlkə də ən fəalı elə Rusiyanın özüdür. Hər necə olmasa, ölkəmizdə ən güclü “5-ci kolon”çuların Rusiyayönlü olduğu sirr deyil. Bu, o anlama gəlir ki, Azərbaycanın məhz Rusiyanın “təsir agentləri”ndən ehtiyatlanmasına daha çox əsası var.


Ölkəmizi xarici “təsir agentləri”nin poliqonuna çevirmək istəyənlərin əsas hədəfi isə şübhəsiz ki, regionun təbii qaynaqlarla zəngin və açar ölkəsi Azərbaycana təsir imkanlarını artırmaq, Bakının xarici və daxili siyasət oriyentirlərinə yeni və mühüm təsir rıçaqları əldə eləməkdir. 2018-ci il prezident seçkiləri öncəsi bu hədəflər xüsusilə aktuallıq kəsb edir və Bakını seçim qarşısında qoymaq məqsədi də güdə bilər.


Bu gözləntiləri düzgün hesablamaq, yeni təhdidlərdən yayınmaq, Azərbaycanı qlobal güclərin maraq və mənafelərinin toqquşduğu meydana çevirməmək üçün sözsüz ki, qarşıdakı dönəmdə balanslı siyasət kursu ikiqat önəm kəsb edəcək. Eyni zamanda qardaş Türkiyə ilə, onun xüsusi xidmətləri ilə, digər səmimi müttəfiqlərlə sinxron fəaliyyət göstərmək mühüm imperativ kimi gündəmə gəlir.


Başqa dövlətlərin, qlobal güclərin, qonşu ölkələrin maraqlarını anlayışla qarşılamaq olar və lazımdır, amma öncə öz maraqlarımız - milli maraqlarımız, Qarabağ maraqlarıdır.


Analitik xidmət
Tarix: 1-07-2017, 09:42
Xəbəri paylaş





Xəbər lenti