“Hakimiyyət lider dəyişikliyinə gedə bilər”

“Hakimiyyət lider dəyişikliyinə gedə bilər” Sərdar Cəlaloğlu: “Proseslərin gedişatı göstərir ki, hakimiyyət bu kursu götürüb”

2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri, bu seçkilərə mümkün müdaxilə ehtimalı ölkə gündəminin əsas müzakirə mövzularındandır.
Maraqlıdır, Azərbaycandakı seçkilərə böyük mənada müdaxilə ehtimalı varmı? Bu müdaxilə hansı situasiyada reallaşa bilər?
Anaxeber.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu ehtimalın kifayət qədər ciddi olduğunu vurğuladı:
“Əgər hakimiyyət lider dəyişikliyinə gedəcəksə, o zaman mütləq belə bir müdaxilə olacaq. Bu addım müdaxiləsiz qalmayacaq. Proseslərin gedişatı isə göstərir ki, hakimiyyət lider dəyişikliyi kursunu götürüb. Bu, kurs özünü hiss etdirir. Lakin konkret nəyin necə olacağını təbii ki, zaman göstərəcək”.
AnaXeber.AZ
Seymur Əliyev
Tarix: 5-07-2017, 01:07
Xəbəri paylaş





Xəbər lenti