"7 dövlət bir millət" devizi altında qurultay keçiriləcək
İyulun 7-də İstanbulda Böyük Türk Birliyi Qurultayı keçiriləcək. Qurultayda "7 dövlət bir millət" devizi altında 7 müstəqil türk dövlətinin elm, sənət adamları, vətənpərvərləri iştirak edəcək." Qaynarinfo" xəbər verir ki, Qurultay iştirakçıları həmin gün birliyin əsasını qoyacaqlar.
Qurultay İstanbulun Böyük Çəkməcə qəsəbəsinin Halkalı məhəlləsi, Yahya Kamal Bəyatlı Mərkəzində yerli vaxtla saat 14.30-da başlayacaq. Qurultaydan öncə jurnalist, köşə yazarı Aynur İmran təşkilatçılarla silsilə müsahibələr götürüb. İlk qonaq TürkBirDev qurucu başqan müavini Aybek Koçkarovdur.
Tarix: 5-07-2017, 23:40