Mikayıl Cabbarov: Uğursuz kadr çıxdı... - Onu dəyişirlər
"Təhsil Naziri Mikayıl Cabbarov uğursuz kadr çıxdı və çox güman yaxın vaxtlarda onun yerinə daha peşəkar biri təyin olunacaq". Bunu DİA.AZ-a açıqlamasında məlumatlı mənbə iddia edir.
Qaynaq bildirir ki, yaxın vaxtlarda Mikayıl Cabbarov vəzifəsindən alınacaq və onun yerinə köhnə təhsisl sistemi fiqurlarından biri təyin olunacaq.
Mənbənin dia.az-a söylədikləri: "Mikayıl Cabbarov əslində, sınaq üçün həmin postda idi. Amma görünəni odur ki, nazir nəinki təhsildə yenilik edə bilmədi, əksinə, bu gün özü təhsilə ayrılan büdcə pullarının dağıdılmasında vacib persona kimi görünməkdədir. Hər halda təkcə dərslik məsələsinə nəzər yetirildikdə Mikayıl Cabbarovun köhnə təhsil komandasından, Misir Mərdanovun heyətindən fərqli bir nəsə ortaya qoymadığı gün kimi ortadadır".
Mənbə onu da əlavə edib ki, bu günlərdə Mikayıl Cabbarovla bağlı qərar rəsmən elan olunacaq.
Сənab nazirin mövqeyini də dinləməyə hazırıq...
Tarix: 6-07-2017, 17:40