“Hakimiyyətin prezident seçkilərindəki namizədi Mehriban Əliyeva olacaq” – “Baxmayaraq ki, komanda daxilində bunu istəməyən güclər var”

“Hakimiyyətin prezident seçkilərindəki namizədi Mehriban Əliyeva olacaq” – “Baxmayaraq ki, komanda daxilində bunu istəməyən güclər var” 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində hakim partiyanın əsas namizədinin kimliyi məsələsi artıq indidən ciddi müzakirə mövzusuna çevrilib. Bəzi siyasilər hesab edir ki, gələn il bu namizəd hazırda I vetse-prezident postunda təmsil olunan Mehriban Əliyeva ola bilər.


Anaxeber.az-a açıqlamasında öz proqnozunu dilə gətirən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də hesab edir ki, bu kəs M.Əliyevanın namizədliyinin irəli sürülməsi ehtimalı daha böyükdür:
“Mənim ehtimalım əvvəldən daha çox Mehriban Əliyevanın üzərində qərarlaşıb. Daha çox onun namizədliyinin irəli sürüləcəyini düşünürəm. Hesab edirəm ki, keçirilən referendum, bütün bu proseslərin hamısı məhz buna hesablanıb. Komanda daxilindəki bəzi güclər bunu istəmir. Bu güclərdən biri hakimiyyəti kifayət qədər ələ keçirən bir gücdür. Bundan başqa, bəzi xarici güclər də var ki, onlar da bunun əleyhinədir. Lakin bir daha qeyd edirəm ki, baş verən proseslərin məhz M.Əliyevanın namizədliyinə hesablandığı qənaətindəyəm”.
Siam.az
Tarix: 7-07-2017, 00:07
Xəbəri paylaş





Xəbər lenti