"Bu müharibənin qarşısını almaq mümkün olmayacaq" - ELMAN NƏSİROV

"Bu müharibənin qarşısını almaq mümkün olmayacaq" - ELMAN NƏSİROV ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanat yayıb. Bəyanatda həmsədrlər hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb.

“ATƏT-in Minsk qrupunun belə yanaşmaları, mövqesizliyi əslində ona gətirib çıxarır ki, işğalçı dövlət cazasız regionda yaşadığının fərqinə varır”.


Bu sözləri Metbuat.az-a açıqlaması zamanı siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov bildirib.:

“Cəbhə xəttində Ermənistan tərəfinin törətdiyi növbəti cinayətin ciddi şahidi olduq. Bu dəfə Ermənistan tərəfi yenidən mülki əhalinin yaşadığı ərazini atəşə tutdu. İki nəfər itki var. Biri 2 yaxşlı körpə, digəri isə onun nənəsidir. Bir nəfər isə ağır yaralanıb. Bu hadisə onu göstərdi ki, Ermənistanda terror dövlət siyasəti səviyyəsinə yüksəldilib. Onlar müklki əhalini hədəfə alırlar və öz məqsədlərinə nail olmaq istəyirlər.

ATƏT-n Minsk qrupu bu dəfə də qətiyyətsiz bir bəyanat verdi

Bu hadisə Strasburq, AŞPA, ATƏT-in Parlament Assambleyası toplantısında, eyni zamanda NATO Parlament Assambleyasının Kiyevdə keçirilən sessiyasında gündəmə gətirilib. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı çox kəskin bəyanat verib. Bütün bunların fonunda bizi maraqlandıran müharibənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun davranışıdır. Təəssüf ki, ATƏT-n Minsk qrupu bu dəfə də qətiyyətsiz bir bəyanat verdi. Biz gözləyirdik ki, ermənilərin bu vandal addım pisləniləcək. Onların mülki obyektləri hədəfə alması kəskin tənqid ediləcək. Amma biz bunun şahidi olmadıq.

İstənilən vaxt müharibə başlaya bilər

Ermənistan görür ki, onun bəşəri cinayət olan mülki əhalini hədəfə alması, uşaqları qətlə yetirməsi beynəlxalq aləmin kəskin tənqidi ilə üzləşmir. Nəinki kəskin tənqid, heç onun adını belə çəkmirlər. Bununla da onlar daha ağır cinayətlər törətməyə maraqlı olurlar. Hesab edirəm ki, indiki şəarit həmsədrlər üçün çox ciddi zaman olmalıdır. Aprel döyüşləri göstərdi ki, istənilən vaxt müharibə başlaya bilər. Əgər ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətiyyətli addım nümayiş etdirməsələr, Cənubi Qafqazda qarşısının alınması mümkün ola bilməyəcək bir müharibə alovu yüksələ bilər. Müharibəni başlamaq asandır, lakin onu dayandırmaq çox çətindir. Amma hadisələrin gedişatı onu göstərir ki, nə Ermənistan, nə onu himayə edən tərəflər, nə də beynəlxalq ictimaiyyət aprel döyüşlərində lazımı dərsi almayıb. Hesab edirəm ki, bu, çox sərt bir davranışdır. Həmin hadislərdən çox ciddi nəticə çıxarmaq lazımdır. Əgər Ermənistana qarşı müəyyən təziq metodları işə salınmazsa, hadisələr ən qəliz həddə çata bilər. Cənubi Qafqazda müharibə başlaya bilər ki, onun qarşısını almaq üçün beyləxalq səylər belə nəticəsiz qala bilər. Onda çox gec ola bilər. Çox gec olmamaq üçün həmsədrlər Ermənistana qarşı ciddi addımlar atmalıdırlar”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən iyulun 4-də yayılan bəyanatın ardınca ikinci bəyanat verilib.

Bəyanatda həmsədrlər iyulun 4-də atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər:

“Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk. Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq. Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur”.

2 yaşlı Zəhra ilə bağlı - PETİSİYA BAŞLADILDI / SƏS VERƏK!

Xəyalə Məmmədova
Tarix: 7-07-2017, 10:51
Xəbəri paylaş





Xəbər lenti