"...Bura maksimum ərəb-fars turistlər üçün "bazlıq" yeri ola bilər" - Ekspert

"...Bura maksimum ərəb-fars turistlər üçün "bazlıq" yeri ola bilər" - Ekspert “Dünya Bankı Azərbaycana ayırdığı 400 milyon dollar həcmində krediti təsdiqləyib. Beləliklə, sırf dövlətin götürdüyü kredit həcmi 11,5 milyard dollar olub”. Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dövlət zəmanəti ilə şirkətlərin götürdüyü borcla birlikdə xarici borcumuz 25 milyard dollara yaxınlaşır: “ÜDM-in həcmi isə 35 milyard dollar civarındadır, yəni bu templə getsələr 2-3 ilə əlavə borclar və borc faizləri ÜDM-i keçəcək. Borclar artır, amma gəlirlər azalır, neft-qaz gəlirləri ölkənin ehtiyaclarını ödəyə bilmir, digər sahələrdə isə inkişaf və qazanc yoxdur.
Ölkənin valyuta ehtiyatlarına güvənirlər, amma bu gün bütün borcları bağlasaq, gələn ilin büdcəsinə, büdcədənkənar xərclərə pul tapmarıq. Ehtiyatlar ölkənin cəmi 25 ay mal və xidmət ehtiyacı həcmindədir”. "...Bura maksimum ərəb-fars turistlər üçün "bazlıq" yeri ola bilər" - Ekspert
Natiq Cəfərli onu da qeyd edib ki, hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini gündəmə gətirsə də, bu sahədə hər hansı addımın atıldığı müşahidə edilmir:
“Pambığa ümid etdilər - boşa çıxdı, keçən il birbaşa və dolayı bu sahəyə 86 milyon pul qoydular, cəmi 24 milyon geri döndü. Tut tingi əkib baramaya ümid edirlər, 7 ildən sonra, guya, ipək satıb pul qazanacağıq - boş xülyadır. Şərabçılığa bel bağladılar, məlum oldu ki, 2016-cı ildə cəmi 2,4 milyon dollarlıq şərab ixracı olub, Kaxetiyada yaşayan Suliko xala təkbaşına bundan çox satıb. Turizmə ümid edirik, amma hamı da bilir ki, bura maksimum ərəb-fars turistlər üçün "bazlıq" yeri ola bilər, bununla da xarici borc qaytarılmaz.
Xülasə, 3-4 ildən sonra, belə davam etsə burada hakimiyyətə gəlmək istəyən "kamikadze" olmalıdır, siyasi intiharı gözə almalıdır. İqtisadi problemlərlə yanaşı hələ o boyda Qarabağ problemi də var. Batan gəmini hamılıqla, birlikdə xilas edib, sonra kapitanlıq uğrunda mübarizə aparmaq olar, batan gəmiyə kapitan olmaq istəyinin özü belə məntiqsizlikdir. Cəmi 2-3 il zamanımız var ki, ölkəni xilas edək, gerisini "qalstuklu müəllimlər" düşünsünlər, ən çox onların itirəcəkləri var”.
Yeganə Oqtayqızı
Tarix: 7-07-2017, 17:36
Xəbəri paylaş





Xəbər lenti