2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Rusiyadakı bir sıra qüvvələrin seçki hazırlıqlarına başladıqları barədə məlumatlar yayılmaqdadır
Yayılan xəbərlərə görə, bu dəfə seçkilərdə Azərbaycan iqtidarına qarşı qurulacaq ittifaqa baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edəcək.Ulus.Az xəbər verir ki, A.Abbasovla yanaşı oliqarx Fərhad Əhmədov, İsgəndər Xəlilov da anti-Azərbaycan projedə yer alırlar.
Azərbaycandan xaricə getmiş insanların bir çoxu həmin ölkələrin əlində Azərbaycan hakimiyyətinə və ölkəmizə qarşı sanki bir silahdır.
Rusiyada 3 milyon azərbaycanlı var. Bu qədər insan Azərbaycanda yaşasaydı, bacarıqlarını Azərbaycanın inkişafına sərf eləsəydilər, ölkəmiz indikindən dəfələrlə güclü olardı.
A.Abbasov, F.Əhmədov və İ.Xəlilov milyonlarını azərbaycanlılar üün sərf etmirlər, ölkəyə yatırım qoymurlar, ölkənin inkişafına töhfə vermirlər. Bu oliqarxların fəaliyyəti rus dirijor çubuğundan asılıdır.
İndi o üç milyon adamın bir qismi, əsasən də maliyyə imkanı yüksək olan bir sıra insanlar Azərbaycan iqtidarına qarşı Moskvanın bir siyasi silahıdır.
İstənilən vaxt o silahdan istifadə edilir. Növbəti prezident seçkilərində də həmin siyasi silahdan istifadə olunacaq.
“Milyarderlər ittifaqı” layihəsinin yenidən dirilməsi mümkündür. Abbas Abbasov onların içində ən güclülərindəndir.
Azərbaycanın daxilində də Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var ki, onlar da Abbasovun yaratdığı ittifaqda bu və ya digər şəkildə iştirak edəcəklər.
Həmin qüvvələrin çoxu hakimiyyətin daxilindədir. Rusiyadan komanda gələn kimi onlar müxtəlif sahələrdə hərəkətə keçəcəklər.
Rusiyanın seçkilərdə təkcə Rusiyadakıları yox, Azərbaycanın daxilindəki qüvvələrini də işə salmaq imkanı var.
Son zamanlar, xüsusən də ABŞ-da keçirilən seçkilərdən sonra Rusiyaının xarici ölkələrdə keçirilən seçki prosseslərinə müdaxilə etməsi dünya mətbuatının bir nömrəli araşdırma məsələsinə çevrilib.
Azərbaycana gəldikdə isə Rusiya 2013-ci ildə açıq şəkildə seçkilərə müdaxilə etdi. Bunu Rusiyada yaşayan milyarder azərbaycanlıların və Azərbaycan müxalifətinin üzərindən həyata keçirdi.
Bu gün heç kimə sirr deyil ki, 2013-cü ildə birdən - birə siyasi arenada peyda olan “Milyarderlər İttifaqı” və Milli Şura məhz Rusiyanın layihəsi idi.
2013-cü ilin seçki prosesində faktiki olaraq Rusiyda yaşayıb böyük biznes sahibi olan bütün azərbaycanlı iş adamları Rusyia üçün Azərbaycana və Azərbaycan hakimiyyətinə qarşı təzyiqalətinə çevrildi.
Siam.az
Tarix: 10-07-2017, 09:04