“Ermənistana nə Qərb, nə də Rusiya təsir etmək niyyətində deyil”
Natiq Miri: “Minsk qrupunun bəyanatı bunu bir daha təsdiq etdi”
“Qarabağ məsələsində son və həlledici sözü Azərbaycan ordusu deyəcək”Azərbaycan Milli Strataeji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri Anaxeber.az-a açıqlamasında Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumunu şərh edib. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun mülki vətəndaşlarımızın düşmən tərəfindən qətlə yetirilməsi ilə bağlı verdiyi bəyanat Ermənistana iri dövlətlər tərəfindən təzyiq edilmədiyini və edilməyəcəyini göstərir:
“Iki yaşlı Zəhranın ölümündən sonra Minsk qrupunun bəyanatından da göründü ki, Ermənistana kimsə təsir etmək niyyətində deyil. Nə Qərb, nə də Rusiya bu barədə düşünmür. Onlar sadəcə baş verənlərlə bağlı formal bəyanatlar verməklə kifayətlənirlər. Bu isə onu göstərir ki, işğaldakı torpaqlarla bağlı son və qəti sözü Azərbaycan ordusu, Azərbaycan əsgəri deyəcək. Bizim ciddi mənada ümid edəcəyimiz başqa bir şey yoxdur. Azərbaycan ordusu kifayət qədər güclüdür və işğaldakı torpaqları azad etmək iqtidarındadır”.
Siam.az
Tarix: 10-07-2017, 10:08