Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Novruzəli Hüseyn oğlu Orucov Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tarix: 11-07-2017, 19:20
Xəbəri paylaş





Xəbər lenti