Adını dəyişdirmiş erməni AZƏRBAYCANDA TƏŞKİLAT RƏHBƏRİDİR – Deputatdan şok açıqlama

Adını dəyişdirmiş erməni AZƏRBAYCANDA TƏŞKİLAT RƏHBƏRİDİR – Deputatdan şok açıqlama “Azərbaycan dili haqqında əks təbliğat aparılırdı…”

“Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”.


Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində səsləndirib.

Deputat bunun nəticəsi nə olduğu və həmin şəxsin kimliyi ilə bağlı sualı isə belə cavablandırıb: “Nəticəsi odur ki, hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər”.

Cebhe.info
Tarix: 11-07-2017, 19:36
Xəbəri paylaş





Xəbər lenti