Bir sıra apellyasiya məhkəmələrinə yeni sədrlər təyin olundu - SİYAHI

Bir sıra apellyasiya məhkəmələrinə yeni sədrlər təyin olundu - SİYAHI Prezident İlham Əliyev bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dia.az xəbər verir ki, Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri, Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
Tarix: 11-07-2017, 19:39
Xəbəri paylaş





Xəbər lenti