“Qarabağ problemini birdəfəlik həll etmək imkanına sahib deyilik”
Fazil Mustafa: “Məqsədimiz addım-addım nəyisə xeyrimizə dəyişməkdir”Ermənilərin təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqələrimizi atəşə tutması, nəticədə mülki əhali arasında itkilərin yaşanması halları davam edir. Son belə olay Füzuli istiqamətində baş verdi ki, nəticədə biri uşaq olmaqla iki mülki vətəndaşımız həlak oldu. Doğrudur, məlum olaydan sonra həlak olan vətəndaşlarımızın qisasının alınması ilə bağlı bəyanatlar verilsə də, bu məqamın özündə də ağrılı nüanslar yox deyil. Ən ağrılı məqam isə torpaqlarımızı azad etmək əvəzinə həlak olan vətəndaşlarıızın qisasını almaqla təsəlli tapmağımız, illəri bu təsəlli ötürməyimizdir.
Maraqlıdır, qisas döyüşləri həyata keçirmək əvəzinə işğaldakı torpaqlarımızn azad edilməsi üçün daha köklü və kompleks tədbirlər həyata keçirmək doğru olmazdımı? Artıq Qarabağ probleminin birdəfəlik həlli istiqamətində addımlar atmağın zamanı deyilmi?
Anaxeber.az-a açıqlama verən millət vəkili Fazil Mustafa problemin birdəfəlik həllinin indiki məqamda mümkün olmadığını vurğuladı:
“Təbii ki, bu problemi həll etməyin zamanıdır. Lakin biz onsuz da Qarabağ problemini bidəfəlik həll etmək imkanına sahib deyilik. Biz addım-addım nələrisə öz xeyrimizə dəyişmək istəyirik. Qarşımızda duran vəzifə budur.
Problemi birdəflik həll etmək real görünmür. Beynəlxalq dəstək baxımından da indiki halda bu cür həll variantı üçün zəmin yoxdur”.
Siam.az
Tarix: 13-07-2017, 08:58