“İqtidarın qarşıdurma mövqeyi ölkədəki siyasi hərarəti hər ötən gün artırmaqdadır”
Əli Orucov: “İndiki halda iqtidar-müxalifət həmrəyliyindən danışmaq sadəcə mümkün deyil”
Azərbaycanda iqtidar-müxalifət arasındakı qarşılıqlı hörmət və ehtiramın yoxluğu problemi hər zaman ən çox müzakirə edilənən məsələlərdən biridir.
Maraqlıdır, verilən bütün bəyanatlarla rəğmən reallıqda heç cür ortaq məxrəcə gələ bilməyən müxalifət və iqtidar Qarabağda müharibənin başlayacağı təqdirdə birlik sərgiləyə bilərmi? Xarici düşmənlə mübarizə gerçəkliyinin daxili intriqa və qarşıdurmaların kənara qoyulmasını şərtləndirməsi mümkündürmü?
Anaxeber.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov iqtidarın belə bir birlikdə maraqlı olmadığını bildirib:
“Mən bu iqtidarın geniş miqyaslı Qarabağda hərbi əməliyyat aparacağına, müharibəyə yenidən başlayacağına və torpaqlarımızı işğaldan azad edəcəyinə ümumiyyətlə inanmıram.
Dağlıq Qarabağ problemi iqtidarın deyil, xalqın problemidir və bunu da xalqın iqtidara gətirəcəyi hakimiyyət edəcək. Görünən odur ki, bu hakimiyyət nə müharibə, nə də torpaqlarımız işğaldan azad etmək həvəsində deyil.
İqtidarın Azərbaycan xalqına və cəmiyyətinə münasibətini, həm də onun ayrılmaz parçaçı olan siyasi institutlara olan münsibəti ilə də ölçmək mümkündür. Bu hakimiyyətdə təmsil olunanlar müxalifəti "ünsür", "antimilli qüvvələr" və s. kimi adlandıraraq düşmən münasibət sərgiləyirsə, iqtidar-müxalifət həmrəyliyindən danışmaq sadəcə mümkün deyil.
Müxalifət hər zaman təkcə Qarabağla deyil, bütün problemlərin həllində iqtidarla əməkdaşlığa və diqloqa hazır olduğunu dəfələrlə bəyan edib. Çox təəssüf ki, Azərbaycan iqtidarı həmrəylik və milli barış deyik, gərginləşdirmə, qarşıdurman mövqeyi tutmaqla ölkədə siyasi hərarəti hər gün artırmaqdadır”.
Anaxeber.az
Tarix: 24-08-2017, 09:54