2014-cü il, yanvarın 24-ü. Cənubi Koreyanın nüfuzlu "Chosun İlbo" xəbər saytı "Ermənistan prezidenti Cənubi Koreyaya gələn tibb turistləri arasındadır" başlıqlı məqalə dərc edir. Məqalədə bildirilir ki, Cənubi Koreyada sürətlə inkişaf edən tibb turizmi bizesi ilk dəfə olaraq xarici ölkənin dövlət başçısını - Ermənistan prezidenti Serj Sarkisyanı cəlb edir.
"Yanvarın 9-da qara sedanlar və polis eskortunun müşayiəti ilə Ermənistan prezidenti ölkə paytaxtı Seulun zəngin Qanqnam səmtində yerləşən və "CHA Health Systems"ə məxsus olan "Chaum" bərpa mərkəzinə gəldi.S.Sarkisyanı müşayiət edənlər arasında Rusiyada yaşayan erməni iş adamı da vardı".Sayt S.Sarkisyanın klinikada çəkilmiş fotosunu da dərc etmişdi.Fotoda kresloda yayxanaraq oturmuş S.Sarkisyanın yanında Rusiya Ermənilər İttifaqının sədri, milyarder Ara Abramyan və Ermənistan Dövlət Mühafizə Xidmətinin rəis müavini Vaçik Kazaryan vardı. Dağlıq Qarabağdakı separatçı rejimin sabiq rəhbəri arkadi Qukasyan fotoya düşməmişdi.
Yanvarın 9-da "Chaum" klinikasında müalicə kursuna başlamış S.Sarkisyan lülə hüceyrələri terapiyası, qocalmağa qarşı terapiya və s. "bərpa proqramları"ndan yararlanıb. S.Sarkisyanın "bərpa"sı üçün "Chaum" klinikasına 200 Koreya vonu və ya təqribən 185 min dollar ödənmişdi. Seuldakı klinikada lülə hüceyrələrinin implantasiyası proseduruna məruz qalan S.Sarkisyan bu minvalla "cavanlaşmağa" çalışırdı.
Qalmaqallı məlumat və xüsusilə də foto yayılandan sonra Ermənistanın Cənubi Koreyadakı səfiri Armen Sarqsyan vəzifəsindən dərhal kənarlaşdırılmışdı.
Di gəl, sirr artıq faş olmuşdu və ermənilər də anlamışdılar ki, İrəvanda ziyalılarla siyasətçilərin "Qəddar cırtdan", kütləninsə "Serjik" adlandırdığı tösmərək, natamamlıq kompleksinə mübtəla, keçmişi şübhəli, aqressiv və yalançı insan qocalmaqdan qorxur. Daha doğrusu, o, cavan, öz aləmində "cazibədar" qalmaq istəyir. Amma niyə, nə üçün?! Serj Sarkisyanın gəncliyi o qədərmi maraqlı hadisələr, qəhrəmanlıqlar, ekstravaqant əməllər, unudulmayacaq qədər dəyərli olaylarla dolu idi ki, o, qocalığa boyun əyməyərək enerjili, aktiv, çılğın yaşam dövründən ayrılmaq istəmirdi?!
Əcəba, Serj Sarkisyan gəncliyində nə qəhrəmanlıqlar etmişdi ki, o dövrü bərpa etmək, ahıllıq dövrü ilə letargiya yuxusundan ayılma prosesi kimi vidalaşmaq istəyirdi müvəqqəti olsa belə?!
Ermənistan prezidentinin imkanı olsa, bəlkə indi yuxuya verilib gələcəkdə ayılacağı vəd olunan kriogen eksperiment mənsubuna könüllü olaraq çevrilərdi. Eksperiment könüllünün yuxuya veriləndən sonra vücudunun dondurularaq xüsusi mayeli kapsula yerləşdirilməsini nəzərdə tutur. Daim mənfi temperaturda saxlanan kapsul əsrlər sonra açılacaq və kriogenşünasların dediklərinə görə, həmin adam da ayılacaq. Belə eksperimentin absurdluğu göz qabağında olsa da, Ermənistan üçün simvolik olardı.
Çünki Ermənistan postsovet məkanındakı dövlətlər arasında yeganə ölkədir ki, perspektivləri qaranlıq, siyasi idarəetmə mexanizmləri donuq, hakimiyyətdəki insanlar canlı ölü, inkişaf trayektoriyası isə çoxdan üzüaşağı yuvarlanaraq mənfiyə çevrilmiş bir məkandır.
Yəni "failed state", itirilmiş dövlət.
Həmin o bilet1982-ci ildə verilən N 12000631 saylı komsomol bileti bir çox suallar doğurub. Belə ki, komsomol biletində 1954-cü ildə doğulan Sarkisyanın adı Serjik olaraq göstərilib, ən qəribəsi isə odur ki, "atasının adı" qrafası boş buraxılıb. Bundan əlavə, bəllidir ki, Serjik Sarkisyan Xankəndidə doğulub, burada yaşayıb və işləyib. Sovet sistemində isə dəmir intizam vardı - kim harda yaşayıb-işləyirdisə, oradan da sənədini alırdı. Ona görə sual yaranır: necə olur ki, Sarkisyan komsomol biletini Ağdamdan alıb? Nəzərə alsaq ki, komsomol biletinin verilmə tarixi 1982-ci ildir, onda növbəti sual ortaya çıxır: 14 yaşı olarkən sovet uşaqlarının ucdantutma hamısı komsomola keçdiyi halda Sarkisyan niyə 28 yaşda bilet alıb?
"Exo Moskva" qəzetinin Baş redaktoru Aleksey Venediktov "48 dəqiqə" verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışında Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orada yazılmışdı: "Əvvəla, Serj yox, Serjik. O, Ermənistanın prezidenti deyil, heç mənşəcə erməni də deyil,Yevlax-Ağdam qaraçısıdır, hakimiyyəti isə qəsb edib. Diktator və ondan da artığıdır. Sarkisyan bir çox Qarabağ qəhrəmanlarının qatilidir. Onun Monte Melkonyanın da qətlində əli olduğu bildirilir. Ola bilsin ki, Melkonyanı şəxsən kürəyindən güllələyib".
Daha sonra Venediktov digər məqama diqqət çəkib. "Sarkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndində gizlənirmiş və buna görə də Serjik ata adını komsomol biletində göstərməyib". Daha sonra Serjikin komsomolla yolu ayrılıb. Venediktov sözügedən müsahibəsində deyir ki, Sarkisyan Xankəndi şəhər komsomol komitəsinin sədri işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sarkisyan Dağlıq Qarabağ Kommunist Partiyası birinci katibinin köməkçisi kimi çalışıb.
Üç qardaşın macərasıErmənistan prezidenti Serj Sarkisyan ölkədə kriminal oliqopoliya rejimi yaradaraq iqtisadiyyatı süni inhisarlar vasitəsilə idarə edir, ailəsi və qohumlarının da dövlət büdcəsini talan etmək, qanunsuz maliyyə əməliyyatlarını gerçəkləşdirmək və şəbəkələnmiş yarımmafioz biznes strukturları vasitəsilə varlanmalarına şərait yaradır. Ermənistan prezidentinin qardaşları Levon və Aleksandr Ermənistanda həris, tamahkar, qəddar insanlar kimi tanınırlar.
1998-ci ildə Robert Köçəryanın lider olduğu "Qarabağ erməniləri" klanı Ermənisanda hakimiyyətə gələndə, Serj Sarkisyan müdafiə naziri təyin olunanda onun qardaşı, "Saşik" kimi tanınan Aleksandr Sarkisyan ölkədəki bütün yanacaqdoldurma stansiyalarına nəzarəti ələ keçirdi.
Dağlıq Qarabağda yaşadığı zaman avtobus sürücüsü və qaz texniki işləmiş Saşik pullanandan sonra, ermənilər demişkən, "qudurdu". Ermənistan parlamentinə deputat "seçilmiş" bu şəxs axşamlar İrəvanın ən bahalı restoranlarında öz qaraçı xislətinə uyğun eyş-işrət məclislərində olur, səhərlər isə parlamentə yarıyuxulu, "yorğun" vəziyyətdə yollanırdı.
2005-ci ildə isə o, ABŞ-a istirahətə yollanmışdı və "cib xərcliyi" qismində də 30 milyon dollar aparmışdı. Təbii ki, amerikalılar Saşiki hava limanında saxlayıblar, ölkəyə buraxmayıblar və Ermənistan prezidentinin qardaşı da İrəvana qayıtmalı olub. Daha sonra Rusiyanın Baş Prokurorluğu Aleksandr Sarkisyanın cinayət məsuliyyətinə cəlb olunmasına qərar vermişdi. Səbəb Ermənistan prezidentinin kiçik qardaşınını xüsusilə böyük həcmdə narkoticarətlə və çirkli pulların yuyulması ilə məşğul olması idi.
O, "Pzo" ləqəbli erməni "qanuni oğru" Armen Kazaryanla sıx münasibətlər qurmuşdu. Daha doğrusu, "Saşik" Pzonun vasitəçiliyi ilə erməni mafiyasının rəhbərlərini birgə işlərə cəlb etmiş, Avropa və ABŞ-da "əməliyyatlar" keçirmişdi. A.Sarkisyanı Rusiya həbsxanasından qardaşı xilas etdi. Bir qədər keçdi, İrəvan həbsxanasına salınmış Pzo da azadlığa buraxıldı.
2010-cu ildə isə Razdan sement zavodunun sabiq sahibi, "Mişa Piterski" ləqəbi ilə tanınan "qanuni oğru" Mikael Azatyan qətlə yetirildi. İrəvanda bu qətlin sifarişçisinin Aleksandr Sarkisyan olduğu deyilirdi.
Ermənistan prezidentinin digər qardaşı, ölkənin Tunisdəki sabiq səfiri, indisə İrəvann Dövlət Universitetinin qeyri-rəsmi rektoru olan Levon Sarkisyan da çoxsaylı qanun pozuntuları törətmiş şəxsdir. Milyarder olduğu vurğulanan Levon Sarkisyan İrəvanda onlarla yaşayış binasını inşa etmiş tikinti şirkətlərinin, supermarketlər şəbəkələrinin, ərzaq və yanacaq idxalı ilə məhsul olan konsenrlərin, meyvə-konserv zavodlarının, otellərin və s.-nin sahibidir.
Azatsız qalmış Nora... Xankəndi, ikimərtəbəli, geniş, böyük bina. Ermənistan prezidenti Serj Sarkisyanın anası Nora (əslində Nairə) Sarkisyan bu evdə yaşayır. Evin qarşısında sutkaboyu iki hərbçi və bir polis keşik çəkirlər. Binanı və orada yaşayan qoca Noranı göz bəbəyi kimi qoruyurlar. Amma icazə və sifariş almış jurnalistlər gələndə mühafizəçilər dərhal yan küçəyə keçir, "heç bir mühafizə olmadan yaşayan Nora nənə"nin media mənsubları ilə görüşü baş tutur.
Yevlax, Ağdam və Xankəndində "adi toxucu" işləmiş Nora mərhum əri Azat Sarkisyandan danışmağı çox sevir. "Dəmirçi idi, zəhmətkeş, sadə, qürurlu insandı. Məni çox sevirdi. Övladlarım isə bir dərdləri olan kimi yanıma qaçırdılar. Atalarından məsləhəti sonra alardılar. Üç oğlum həmişə sözlərimə qulaq asıblar", - Nora Sarkisyan deyir.
Lakin o, oğullarının gerçək atasının Azat Sarkisyan yox, Xankəndidə yaşamış və sonra da çox müəmmalı şəkildə ölən Roman adlı qaraçı olması barədə iddiaları cavablamır. Əslində, erməni jurnalistlər mərhum Romanla bağlı sual verməyə cəsarət də etmirlər. Qarabağlı ermənilər isə deyirlər ki, Serj, Levon və Aleksandr Sarkisyanların gerçək ataları dəmirçi işləmiş Azat Sarkisyan yox, 37 yaşında ölən Yevlax qaraçısı Romandır.Noranın özünün də Xankəndidə məhz Yevlaxdan "gəlmə" olduğu vurğulanır. Şəhərdəki qoca ermənilər arasında hələ də "Roman kimi, Nora da əslində qaraçı olublar, sonradan bu qadın "erməniləşib" söyləyənlər var.
Levon Sarkisyanın arvadı Avriqanın isə yezidi kürd əsilli olduğu, amma bunun Ermənistan mediasının və hakimiyyətinin nədənsə ciddi-cəhdlə gizlətdiyi iddia olunur.
Görünür, anormal kolllektiv düşüncə tərzinə malik olan İrəvan hakimiyyəti qaraçı və yezidi olmağı qəbahət bilir ki, bu da zooloji şovinizm və irqçiliklə yanaşı, ifrata varmış natamamlıq kompleksinin təzahüründən başqa bir məsələ deyil.
Azərbaycandan fərqli olaraq Ermənistanda fərqli etnik mənsubiyyətə ifrat dözümsüzlük var. Boşalar və ya erməni qaraçıları - qaraçı xalqının ən hüquqsuz subetnik icması sayılır, onlar ermənidən daha çox erməni kimi görünmək xatirinə erməni ad və familiyaları götürür, mümkün qədər öz mənsubiyyətlərini gizlədir, özlərini qızğın qriqorian təəssübkeşi kimi təqdim edirlər. Amma antroplogiyalarındakı uzaq Hindistanın açıq-aydın izləri onların gerçək kimliyini dərhal biruzə verir.
Qumar, rüşvət, talan və tamahErməni siyasi texnoloq Armen Bədəlyan Ermənistandakı olduqca ağır sosial-iqtisadi vəziyyət hökm sürdüyünü bildirib. Ekspert əlavə edib ki, bu vəziyyət günü-gündən pisləşir. Ermənistanda sürətlə əhalinin qocalması prosesi də gedir. Beynəlxalq Humanitar İnkişaf Mərkəzinin eksperti Aşot Xurşudyan qeyd edib ki, Ermənistanda uşaq dünyaya gətirmək qabiliyyətində olan hər 10 qadına ancaq 15 uşaq düşür, hansı ki, əhali artımı və demoqrafik böhranın qarşısının alınması üçün hər 10 belə qadına 20-21 uşaq düşməlidir.
Bütün bu problemlər ölkə rəhbərliyini narahat etmir. Hakimiyyət nümayəndələri harın həyat tərzi keçirirlər, acınacaqlı vəziyyətdə olan erməni xalqı qarşısında onların vicdanları heç ağrımır. Xalqdan oğurlanan pullar hesabına necə yaşamağın ən yaxşı nümunəsini prezident Serj Sarkisyan göstərir. Onun bahalı alkoqola, kokainə və kazinoya hərisliyi haqda Ermənistanda ancaq lallar danışmır.
Məsələn, İrs Partiyasından olan millət vəkili Zarui Postancyan Ermənistan prezidentinin qumar düşkünü olduğunu, Avropaya yollanaraq kazinolarda milyonlarla dollar uduzduğunu dəfələrlə söyləyib. Bu, Postancyanın maksimum hay-küy salmaq istəyi ilə yox, incə şəkildə düşünülmüş planla bağlı olub. 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı söhbətdə Kreml başçısı S.Sarkisyana sonuncunun qumar oyunlarına sevgisi barədə işarə edib. Ardınca Sarkisyan Avrasiya Gömrük İttifaqına qoşulmaq haqda qərar qəbul edib. Bundan duyuq düşən avropalılar isə onlara atan Sarkisyana Postancyan vasitəsilə dərs vermək istəyiblər - kazino söhbətini ortaya atmaqla.
Ermənistan hakimiyyətində qumarbazlıq daha geniş yayılıb və onları şüurlu şəkildə həyata keçirirlər. Məhz buna görədir ki, Sevan, Saxkadzor və Cermukda qumarxanalar yaradılıb. Halbuki, Sarkisyan hakimiyyətə gəlməmişdən əvvəl gənclərə əxlaq öyrədəcəkləri və dəyərləri qoruyacaqları barədə pafoslu çıxışlar edirdi.
Ermənistan hakimiyyəti dünyada nə qədər "gözəl" işlər varsa, onları təbliğ etməklə məşğuldur. Məsələn, alkoqollu içkilər, siqaret, porno, qumar və s. Aydın məsələdir ki, bunu məqsədli şəkildə həyata keçirirlər və məqsəd insanların şüurlarını məhv etmək və onları xəstəyə çevirməkdir. Ən azından bunları dövlət həyata keçirməməlidir. Ancaq həqiqət budur ki, Ermənistan iqtidarında olanlar özləri ən böyük qumar xəstələridir. Bundan artığını onlardan gözləməyə dəyərmi? Bu sualı ermənilər özləri özlərinə verirlər...
Sarkisyan və onun "ümummilli kürəkən"i
1991-ci ildən bəri Yerevanda hakimiyyətlər, prezidentlər, parlamentin heyətləri, dövlət qurumlarının adları və nazirlərdən tutmuş, adi məmurların gəlirlərinin miqyası dəyişsə də, bir məqam konstant ədədi kimi dəyişməz qalır. Həmin məqam ümidsizlikdir. Ermənilərin indi ən çox ehtiyac duyduqları nəsnə ümiddir: çörəkdən, puldan, həyat təminatından, sabaha olan perspektivlərdən də üstün bir məsələ.
Ümidsiz insanların toplusu dövlət, onların davranışlarının məcmusu cəmiyyət olmadığı kimi, seçimləri də məntiq olmur.
İrəvandakı hakimiyyət idarə etdiyi insanların məhz belə marginal, siyasi istəkləri yalnız donqultular və ən yaxşı halda küçədəki qışqırıqlara, meydanlardakı hayqırtılara çevrilən kütləyə çevrilməsinə can atır.
Ermənistanda prezident Serj Sarkisyanla yanaşı, onun ailə üzvləri də dövləti idarə edən bandokratiyanın rəhbərləri sırasındadır. Dövlət başçısının arvadı Rita Sarkisyan onlarla şirkət, iri holdinqlər, supermarketlər şəbəkələrindən tutmuş, zavod və fabriklərə sahibəlik edirsə, ailənin kürəkəni Mikael Minasyan da kiçik oliqarxlardan sayılmır. Serj Sarkisyanın qızını alandan sonra bu adam ermənilərin "ümummilli kürəkəni" statusunu qazanıb və toydan az sonra bir sıra iri şirkətləri, konsernləri, holdinqləri ələ keçirib. İndi isə Minasyanın varidatı yüz milyonlarla dollarla ölçülür.
Ermənistan iqtisadiyyatında artıq elə bir sahə, sektor qalmayıb ki, orada kürəkənin planlarının reallaşması üçün tədbirlər planı həyata keçirilməsin. Ölkəyə ərzaq məhsullarının idxalından tutmuş, ordunun silahla təminatına qədər ən geniş miqyasda Minasyan şirkətlər quraraq yeni inhisarçı rolunu yerinə yetirir.
Kiçik və zavallı ErmənistanBöyük dövlətlərin maraqları kiçik və zavallı Ermənistana ağırlıq etdiyi üçün indi İrəvanın belinə daşıya biləcəyindən ağır yük qoyulmuş İcevan ulağını xatırladır. Üstəlik, iqtidarın daxili siyasətinin yalnız "hamı və hər şey bizim üçündür, narazılar özlərindən küssünlər" prinsipinə kökləndiyini xatırlasaq, Sarkisyan hakimiyyətinin ölkədəki fəlakət həddinə çatmış problemləri həll etmək gücündə olmasını təhlil etməyin özü sadəlövhlük olardı.
Daxili və xarici siyasətin naqisliyi ilə yanaşı, Ermənistanın daha bir bəlası kütləyə qərinələrdən bəri sırıdılan "Böyük Ermənistan" idefiksidir. Qonşu ölkələrin ərazilərinə göz dikməyə, həmin torpaqları "özününküləşdirmək" şizofreniyasına əsaslanmış bu ideya aqressiya, işğalçılıq, terror və qəddarlıq olsa da, Sarkisyan iqtidarına sərfəlidir. Çünki xarici ölkələrdə yaşayan erməni diasporunun pullarından ianələr dilənməyə imkan verir.
İanələrin gəlişinə hesablanmış hakimiyyət və onun idarə etməyə çalışdığı iqtisadiyyatın halını anlamaq istəyənlər Ermənistanda baş verənlər barədə məlumatları oxuya bilərlər. Nə yazıq ki, ermənilərin özləri tale yazılarına, fatuma inanaraq həqiqətin aşkar hərflərini hələ də oxuya bilmirlər.
Elçin Alıoğlu
Tarix: 24-08-2017, 13:59