“Mütəllibov nədən İlham Əliyevi deyil, Mehriban Əliyevanı dəstəkləyir?”

“Mütəllibov nədən İlham Əliyevi deyil, Mehriban Əliyevanı dəstəkləyir?” Səxavət Əlisoy: “Eks-prezident açıq desin görək, indiki idarəetmədən narazı qaldığı tərəflər hansılardır”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov mətbuata son açıqlamasında ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın gələn ilki seçkilərə namizədliyini məqsədəuyğun hesab etdiyini, gərəkirsə xalqı onu dəstəkləməyə səsləyə biləcəyini vurğulayıb.
Maraqlıdır, sabiq prezidentin qarşıdakı seçkilərlə bağlı bu aktivliyi nə ilə bağlıdır? Həqiqətənmi M.Əliyevanın prezidentliyi Azərbaycan üçün İlham Əliyevin prezidentlik dönəmindən daha uğurlu ola bilər?


Anaxeber.az-a açıqlama verən ADR sədrinin müavini, politoloq Səxavət Əlisoy A.Mütəllibovun açıqlamasında kifayət qədər sual doğuran məqamların mövcudluğuna diqqət çəkdi:
“Ayaz Mütəllibovun fikirləri ilə tanışam. Mövcud iqtidarın Ayaz müəllimə etdiklərindən hər kəs xəbədardır. Bu gün Azərbaycan iqtidarında Əliyevlər deyil, digər biri olsaydı, Ayaz Mütəllibov çox gözəl bilir ki, Azərbaycana ayaq basa bilməzdi. Gəlsəydi də, Xocalı faciəsinə görə məhkəmə qarşısında dayanardı. İndi onun eks-prezident statusu var, yüksək pensiya alır, mühafizəsi var və oturub bağında istirahət etməkdədir. Bu durumda onun iqtidara dəstək verməsi təbiidir. Sadəcə, nədən məhz Mehriban xanımın namizəd olduğu halda dəstəyini verməsi maraqlıdır. Prezident İlham Əliyevi dəstəkləyəcəyini nədən dilinə gətirmir? Bəlkə onun xəbəri var ki, prezident İlham Əliyev 2018-ci il seçkilərində namizədliyini verməyəcək? Bütün bu suallar əslində Ayaz Niyazoviçə ünvanlamalıdır və yəqin ki, bunu edənlər ortaya çıxacaq da.
O ki qaldı "inkişaf" məsələsinə eks-prezident açıq danışsın. Ki, onun indiki idarəetmədən və inkişafdan narazı qaldığı tərəflər hansılardır. İqtidar komandasının Ayaz müəllimin fikirlərinə münasibətinin necəliyi maraq doğurur? Yəqin ki, buna da aydınlıq gətirən tapılacaq”.
Siam.az
Tarix: 26-08-2017, 15:32
Xəbəri paylaş





Xəbər lenti