Hafiz Hacıyev: “Xalq ya məni, ya İlham Əliyevi, ya da Mehriban xanımı prezident seçəcək”
“Ayaz Mütəllibovun bu açıqlaması İlham Əliyevə xəyanətdir”
Hafiz Hacıyev: “Xalq ya məni, ya İlham Əliyevi, ya da Mehriban xanımı prezident seçəcək”.
Sabiq prezident Ayaz Mütəllibov I vitse-prezident Mehriban Əliyevanın 2018-ci ilin prezident seçkilərində mümkün namizədliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Əliyevanın namizədliyini məqbul hesab etdiyini bildirən A.Mütəllibovun sözlərinə görə, onun prezidentliyi Azərbaycanın inkişafı baxımından yeni perspektivlər aça bilər.
Maraqlıdır, öz susqunluğunu nadir hallarda pozan A.Mütəllibovun seçki öncəsi bu aktivliyi nədən qaynaqlanır?
Anaxeber.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələnin bu şəkildə qoyuluşunu doğru hesab etmədiyini vurğuladı:
“Mən istəməzdim ki, A.Mütllibov ictimaiyyətin fikrini çaşdırsın. O, bu sözü deməklə ölkə başçısına xəyanət etmiş olur. Bu məsələlər partiyada, YAP-da həll olunur. Bunu A.Mütəllibov həll etmir. A.Mütəllibovun bu açıqlaması adıçəkilən insanlara ziyan vurur. Onda belə çıxır ki, ölkədə ikihakimiyyətlilik və fikir ayrılığı var. O, bu fikri təlqin etmək istəyir. Amma bu, belə deyil. Ölkənin prezidenti var. Seçkilərə isə bir ildən də çox vaxt qalıb. Hələ ki, bu məsələlər müzakirə olunmur. Əgər müzakirə olunsaydı, A.Mütəllibov da öz fikrini bildirə bilərdi.
Mən A.Mütəlibovla görüşürəm də, söhbət də edirəm. Lakin istəməzdim ki, o, hakimiyyət daxilində ikitirəlik yaratsın. Məsələyə bu şəkildə yanaşmaq İlhamsevərlərlə digər qüvvələri üz-üzə qoymaqdır ki, bu da doğru deyil. Bu, qaş düzəldən yerdə göz tökməyə bənzəyir.
Mən istəməzdim ki, qardaşımın hakimiyyətinə kimsə kölgə salsın. Ölkə başçısı Azərbaycanın inkişafı naminə bütün gərəkli addımları qətiyyətlə atır. Konstitusiya ona bir neçə dəfə seçilmək haqqını verir. Mehriban xanımı da insanlar sevir. Lakin bu barədə danışmaq hələ tezdir. Seçkilər zamanı xalq ya onu, ya məni, ya da Mehriban xanımı seçəcək”.Siam.az
Tarix: 29-08-2017, 09:29