Avropa ilə Türkiyənin münasibətlərində gərginlik davam edir. Almaniya və Avropa İttifaqına (Aİ) hirslənən Türkiyə Rusiyaya tərəf qətiyyətli addımlar atmağa hazırdır.
Publika.az zəbər verir ki, bu haqda “Hürriyyət” nəşri və CNN-nin türk xidmətinin materialında deyilir.
Türkiyə və Almaniya arasındakı uzunmüddətli siyasi münaqişə və Aİ ilə münasibətlərdə aydın olmayan vəziyyət fonunda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ötən həftə jurnalistlərə bildirib ki, Türkiyə Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük məkanına qoşulmaq niyyətindədir.Aİİ 2015-ci ildə Rusiyanın liderliyi altında yaradılıb. Hazırda quruma Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. İttifaqın hədəfi regional iqtisadi inteqrasiyanı təmin etməkdir. İttifaqa üzv ölkələrin ərazisində mallar, xidmətlər, kapital və iş qüvvəsinin hərəkətinin azadlığı təmin olunur. Quruma daxil olan ölkələr həmçinin öz daxili iqtisadi siyasətini bir-biri ilə əlaqələndirməyi öhdələrinə götürürlər.
Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin iyununda Sankt-Peterburq iqtisadi forumunda Aİİ-nin sonrakı inkişafı ilə bağlı ideya irəli sürüb. O, Avrasiya məkanında böyük əməkdaşlıq formatını yaratmağı təklif edib. İttifaqa Çin, Hindistan, Pakistan, İran və başqa dövlətlər girə bilər. Beynəlxalq müşahidəçilər belə nəticə çıxarıblar ki, Aİİ özünü kontinental inteqrasiyanın nüvəsi kimi formalaşdırmağa başlayır.
Nihat Zeybekçi əlavə edib ki, Türkiyə eyni zamanda Avropa iqtisadi cəmiyyətinə daxil olmaq niyyətindən imtina etməyə hazırlaşmır və bu il müvafiq sorğu ilə mütləq müraciət edəcək. Beynəlxalq müşahidəçilər hesab edilər ki, Aİİ barədə Türkiyənin bəyanatı Almaniya kansleri Angela Merkelin bir gün əvvəl verdiyi sərt bəyanata cavab oldu. Merkel bildirdi ki, Avropa iqtisadi cəmiyyətinə daha heç kəs buraxılmayacaq.
Türkiyə-Almaniya münaqişəsiTürkiyə və Almaniya arasında münasibətlərin pisləşməsinin yeni bumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk mənşəli Almaniya vətəndaşlarını “Türkiyənin düşmənlərinə səs verməkdən imtina etməyə” çağırmasından sonra başlandı.
Almaniyanın reaksiyası özünü çox gözlətmədi. Merkel Herford şəhərində seçicilərlə görüş zamanı bildirdi ki, Berlin ölkənin daxili işlərinə müdaxiləyə dözməyəcək. Türkiyənin işarə edən kansler vurğulayıb ki, Avropa iqtisadi cəmiyyətinin genişlənməsi gözlənilmir. Almaniya kansleri həmçinin Türkiyə ilə Aİ-nin Gömrük Birliyi arasında razılaşmanın yenilənməyəcəyini söyləyib.
Gediş Türkiyəyə keçdi və baş naziri Binəli Yıldırım cavab verdi ki, Almaniya bu barədə Aİ-nin tək qərarı qəbul edə bilməz.
“Almaniya öz qaydalarını diktə etməyə çalışır. Sanki bildirir ki, “mən bütün Avropa İttifaqı üçün cavab verirəm”. Bu, yanlışdır”, - Yıldırım jurnalistlərə deyib.
Türkiyə və Almaniya arasındakı gərginliyin daha bir səbəbi FETÖ və PKK terror təşkilatlarının Almaniyada yaşayan nümayəndələrinin ekstradisiya edilməməsi ilə bağlıdır.
“Biz Almaniyadan dövlət çevrilişində iştirak etmiş FETÖ üzvlərinə öz ərazisində qalmağa icazə verməməyi və onları Türkiyəyə təhvil verilməsini tələb edirik. Türkiyə Almaniya kimi hüquqi dövlətdir. Bu insanlar öz əməllərinə görə qanun qarşısında cavab verəcəklər”, - Binəli Yıldırım deyib.
Almaniya bu insanları ekstradisiya etməkdən imtina edib. Türkiyə cavab olaraq Almaniyanın 10-dan çox vətəndaşını terrora dəstək verməkdə imtina edərək həbs edib.
Türkiyə-AİAlmaniya fəal şəkildə təşəbbüs təsir edir ki, Aİ Türkiyəyə qarşı maliyyə sanksiyalarına başlasın. CNN-nin türk xidmətinin diplomatik mənbələrdən aldığı informasiyaya əsasən, Aİ Türkiyəyə maliyyə yardımını azaltmağa hazırlaşır. 2014-2020-ci illər üçün planlaşdırılmış yardımın həcmi bütovlükdə 4 milyard 450 milyon avro təşkil etməli idi. Yardımın nə qədər azaldılacağı isə Aİ-nin qiymətləndirməsindən sonra məlum olacaq. Hesabatın 2017-ci il sentyabrın sonu-oktyabrın əvvəlində tamamlanacağı gözlənilir.
Bununla belə, Türkiyənin rəsmi şəxsləri əvvəlki kimi Türkiyə və Almaniya arasında münasibətlərin əhəmiyyəti haqqında danışırlar və onların yaxşılaşacağına ümid edirlər. Nihat Zeybekçinin sözlərinə görə, Merkelin şərhlərinə Almaniyanın mövqeyi kimi baxmaq olmaz və Aİ-yə üzvlüklə bağlı danışıqlar hələ davam edir.
“Hesab edirəm ki, belə bəyanatlar Almaniyanın mövqeyini ifadə etmir. Hazırda danışıqlar adi qaydada davam edir. Amma düşünürəm ki, belə vəziyyətlərdə susmaq lazımdır. Mən bunu bizim alman dostlarımıza da məsləhət görürəm”, - “Hürriyyət” nəşri nazirdən sitat gətirib.
Almaniya Türkiyənin əsas ticarət partnyoru olaraq qalır və dəyişikliklər türk tərəfi üçün ağır nəticələrə gətirib çıxara bilər. Zeybekçinin sözlərinə görə, 2017-ci ildə Almaniya və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi təxminən 40 milyard dollar təşkil edib. Amma Ankara hesab edir ki, Türkiyənin Aİ-yə iqtisadi inteqrasiyası yalnız Türkiyə deyil, həm də Avropa üçün faydalıdır.
Türkiyə-RusiyaBeləliklə, Türkiyə və Almaniya arasındakı gərginlik fonunda Türkiyə və Rusiya arasında yaxınlaşma müşahidə olunur.
İzmir şəhərində keçirilən “Izmir International Fair” (avqustun 28-də başlanıb –red.) beynəlxalq ticarət sərgisində Türkiyə və Rusiyanın rəsmi şəxsləri iki ölkə arasında əməkdaşlığın perspektivləri haqqında optimizmlə dolu bəyanatlar verdilər. Rusiya sərgidə ən böyük nümayəndə heyəti ilə, 300 nəfərlə təmsil olunmuşdu. Bu, bəyanatların ciddiliyini göstərir.
Türkiyənin iqtisadiyyat naziri bildirib ki, iki ölkə arasında bəzi “xırda problemlər” mövcuddur, amma onlar oktyabrın 20-nə qədər həll edilməlidir. Həmin tarixdə Türkiyə-Rusiya hökümətlərarası iqtisadi komissiyasının iclası keçirilməlidir.
Rusiyanın energetika naziri Aleksandr Novak sərgidə jurnalistlərə deyib ki, Türkiyə və Rusiyanın işgüzar əməkdaşlığında çətin vaxtlar artıq arxada qalıb.
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü bildirib ki, iki ölkə xarici ticarət dövriyyəsinin həcmini kəskin artırmaq niyyətindədir. O aşağıdakı rəqəmləri səsləndirib:
- Türkiyə və Rusiya arasında son on ildə ticarət dövriyyəsi 30 milyard dollar təşkil edib.
- 2016-cı ildə bu rəqəm 17 milyard dollara qədər düşüb.
- Ən yaxın illərdə Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 100 milyard dollara qədər artacaq.
“Ölkələr arasında bəzən siyasi böhranlar olur, bu normaldır… Amma Ankara və Moskva arasında məsafə onsuz da Ankara və Brüssel arasındakı məsafədən daha yaxındır”, - o əlavə edib.
Ömər Dağlı
Tarix: 30-08-2017, 23:38