ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri də Mehman Əliyevin müdafiəsinə qalxdı:"Dərhal azad edin!"
ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Harri Kamian da "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyərək, onu dərhal azad etməyə çağırıb.
Siam.az azadliq.info-ya istinadən xəbər verir ki, ABŞ diplomatının bəyanatında deyilir:“Azərbaycanın sonuncu müstəqil informasiya agentliyi olan “Turan” nın rəhbəri Mehman Əliyevin həbsi bizdə ciddi narahatlığa səbəb olub. Eyni zamanda, agentliyin bank hesabının dondurulması, vergidən yayınmada ittiham da hədsiz narahatlıq yaradan amildir.
Biz Mehman Əliyevin həbsini son dövlərdə Azərbaycanda söz və mətbuat azadlığının kəskin məhdudlaşdırılması fonunda baş vermiş daha bir pis hadisə kimi qiymətləndiririk.
May ayında bir neçə müstəqil mətbuat orqanının bloklanması, azad mətbuata qarşı ciddi repressiya hesab olunmalıdır.
Biz Azərbaycan hakimiyyətini Mehman Əliyevi və fundamental insan hüquqlarını reallaşdırmağa çalışdıqlarına görə həbs edilmiş bütün şəxsləri dərhal azad etməyə çağırırıq.”
Siam.az
Tarix: 1-09-2017, 08:47