ABŞ Rusiyaya konsulluğunu və iki ticarət missiyalarını bağlamağı əmr edib

ABŞ Rusiyaya konsulluğunu və iki ticarət missiyalarını bağlamağı əmr edib Rusiyanın San Francisco-dakı konsulluğu şənbə gününədək bağlanmalıdır

ABŞ Rusiyanın "əsassız" addımlarına görə ABŞ-da iki ticarət missiyasını və San Francisco şəhərində yerləşən konsulluğunu bağlamağı əmr verib.


New York və Washington şəhərlərində yerləşən ticarət missiyaları və konsulluğun bağlanılmasına şənbə gününədək vaxt verilib.

ABŞ dövlət departamentinin bu addımı, keçən ay, Rusiyanın ölkədəki ABŞ diplomatik heyətinin kiçildilməsinə yönələn qərarının ardınca gəlib.
Rusiyanın addımı isə, keçən ilin dekabr ayında, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiaları ortaya çıxanda, keçmiş prezident Barack Obama-nın ABŞ-da yerləşən iki Rusiya obyektini müsadirə edib və 35 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab kimi izah edilib.

Rusiya prezidenti Vladimir Putin buna dərhal cavab verməsə də, cənab Trump-ın administrasiyasının Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq istəkləri gərçəkləşməyəndə, iyulun 31-də Rusiyada işləyən 755 ABŞ diplomatik heyət üzvünü ölkədən çıxarmağa qərar verdi.
Bu addımla hər iki ölkənin digər ölkədə üç konsulluğu qalır, ancaq həm cənab Trump-ın administrasiyası, həm də Rusiya əlaqələrin təkmilləşdirilməsini istəyir.

Lakin iyul ayında ABŞ konqresinin böyük çoxluqla Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalarla birgə qanun layihəsi, həmçinin prezident Donald Trump-ın sanksiyaları qaldırmaq səlahiyyətini kəskin şəkildə azaldıb (BBC).
Tarix: 1-09-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti