Dünyaya kim ağalıq edəcək?- Putin şərti açıqladı

Dünyaya kim ağalıq edəcək?- Putin şərti açıqladı “Dünyaya ağalığı ancaq o ölkə ələ ala biləcək ki, o, süni inttelekt sahəsində lider olacaq”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Prezident qeyd edib ki, süni intellekt təkcə Rusiyanın yox, bütün dünyanın gələcəyidir: "Burda yaxşı fürsətlər və indi proqnoz edilməsi çətin olan təhlükələr var. Bu sahədə lider olanlar dünyaya ağalıq edəcək".

Putin belə hesab edir ki, süni intellekti inkişaf etdirən texnologiya dünyaya təkcə yeni imkanlar yaratmır, həm də onun üçün ciddi təhlükələr ortaya qoyur.

Prezident bu sahədə heç kəsin monopoliya təşkil etməsini istəmədiyini və ölkəsinin buna iddialı olmadığını deyib.

Xəzər
Tarix: 1-09-2017, 22:09
Xəbəri paylaş





Xəbər lenti