“Azərbaycanda gələn il ciddi siyasi təlatümlər ola bilər”
Natiq Miri: “Hakimiyyət dəyişikliyi olsa və Rusiyanın marağı təmin olunmasa...”
Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri artıq indidən əsas müzakirə mövzularından birinə çevrilib.
Maraqlıdır, qarşıdakı seçkilər ərəfəsində Azərbaycana hansısa siyasi güclərin, xarici dövlətlərin müəyyən təzyiqlər göstərməsi, bu seçkilərə təsir göstərməyə can atması mümkündürmü?Anaxeber.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bu ehtimalın mövcudluğuna diqqət çəkdi:
“Azərbaycanla bağlı proseslərdə maraqlı olan ölkələr var ki, onların da başında Rusiya gəlir. Rusiyanın Azərbaycanda ciddi geosiyasi maraqları var. Rusiyaya bağlı beşinci kalonun nümayəndələri də bu məsələdə yetərincə maraqlıdırlar. Əggər Azərbaycan hakimiyyətində bir dəyişiklik olarsa və Rusiyanın siyasi maraqları bu dəyişiklikdə öz əksini tapmazsa, o zaman ölkədə ciddi siyasi təlatümlər ola bilər. Bu baxımdan gələn ilin ilk aylarından seçki gününə doğru ölkəmizin müəyyən təzyiqlərlə üzləşməsi mümkündür”.
Siam.az
Tarix: 5-09-2017, 08:44