“Seçkilərə doğru media və vətəndaş cəmiyyətlərinə təzyiqlər daha da artacaq”

“Seçkilərə doğru media və vətəndaş cəmiyyətlərinə təzyiqlər daha da artacaq” Eldəniz Quliyev: “Cəmiyyətin dirəniş immuniteti düşünülmüş şəkildə məhv edilir”

2018-ci ildə Azərbaycanda prezident seçkilərinin keçirilməsi gözlənilir.
Maraqlıdır, hakimiyyət seçki ərəfəsində media və vətəndaş cəmiyyətləri ilə bağlı siyasətində hansı mövqe sərgiləyəcək? Seçkilərə doğru mediaya və vətəndaş cəmiyyətlərinə yönəlik basqıların artması, yoxsa azalması ehtimalı daha çoxdur?


Anaxeber.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev gözləntilərinin o qədər də ürəkaçan olmadığını vurğulayıb:
“Təəssüf ki, media və vətəndaş cəmiyyətinə basqılar indinin özündə də baş verir. Prezident seçkiləri öncəsi isə bu təzyiqlər şübhəsiz ki, daha da artacaq. Gözləntilərim heç də pozitiv deyil. Mövcud hakimiyyət yerini itirməmək üçün hər bir gözlənilməz addım ata bilər və biz bu “addımların” mesajlarını görürük. Bura repressiyaların vüsət alması, müxalif yönümlü KİV-lərin qeyri-rassional bəhanələrlə qapadılması, ev vermək və digər vasitələrlə jurnalistləri “ütüləyib” özününkülüəşdirmək və s.daxildir. Bu gün sədd heyf ki, düşünülmüş, planlı şəkildə cəmiyyətin dirəniş immuniteti məhv edilir”.
təzyiqlər daha da artacaq”
Siam.az
Tarix: 5-09-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti