“İcra başçılarının bir qisminin gözü şimalda, bir qisminin isə gözü Qərbdədir”
Hafiz Hacıyev: “Amma anlamırlar ki, Azərbaycan prezidentini nə Moskva, nə də Qərb seçmir”Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Anaxeber.az-a açıqlamasında icra başçılarının ünvanına tənqidi fikirlər səsləndirib. Partiya sədri onları dövlət vəsaitini talamaqda, harın həyat tərzi güdməkdə və s-də ittiham edib:
“Icra başçıları özləri üçün işləyir. Onlar bəzi hallarda sahibkarları aldadır, onların əllərindəki pulları alırlar. Onlar bu pullarla xaricdə müxtəlif obyektlər alırlar. Övladları harın həyat tərzi keçirir. Onların bir hissəsinin gözü Qərbdə, digər hissəsinin isə gözü şimalda qalıb. Onlar indidən qarşıdakı prezident seçkiləri ilə bağlı xəyallara qapılırlar. Amma anlamırlar ki, prezidenti xalq seçir. Azərbaycan prezidentini nə Moskva, nə də Avropa seçmir. Icra başçıları o qədər yeyib doyublar ki, harınlamış təbəqəyə çevriliblər. Bu təbəqənin həm pulu əlindən alınmalı, həm də özləri həbs olunmalıdır”.
Siam.az
Tarix: 5-09-2017, 09:16