NATO və Rusiya generalları Bakıda görüşür - Təcili
NATO Hərbi komitəsinin rəhbəri Protr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.Axar.az xəbər verir ki, bu barədə NATO-nun kommunikesində bildirilib.
“NATO Hərbi komitəsinin rəhbəri general Pyotr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün, 7 sentyabr 2017-ci ildə Bakıda görüşəcəklər”, - bildirilib.
Qeyd olunub ki, bu görüş 2017-ci ilin martında generallar arasında baş tutan telefon danışığının davamıdır.
Tarix: 7-09-2017, 13:37