“Qərb mətbuatında yazılanlar Azərbaycanda baş verənlərin əks-sədasıdır”

“Qərb mətbuatında yazılanlar Azərbaycanda baş verənlərin əks-sədasıdır” Ələsgər Məmmədli: “Biz evimizi düzgün saxlamalıyıq, yoxsa...”

Son vaxtlar Qərb mətbuatında Azərbaycan hakimiyyəti ilə bağlı bir-birindən kəskin yazılar yer almaqdadır. Maraqlıdır, bu yazılar ölkəmizin imicinə necə təsir edir? Ölkəmizlə bağlı hansı təəssürat yaradır?


Anaxeber.az-a açıqlama verən tanınmış hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu tip məlumatlar öz-özünə yaranmır. Azərbaycanda baş verən hadisələrin əks-sədası kimi üzə çıxır. Əgər biz bu tip xəbərlərin dünya mediasına çıxmasını istəmiriksə, biz evimizin içini düzgün saxlamalıyıq. Əgər bu gün Mehman Əliyev kimi bir adamı həbsdə saxlayırıqsa, təbii ki, bizimlə bağlı, medianın vəziyyəti ilə bağl təpgilər olacaq.
Etiraf etməliyik ki, hər hansı cinayətkarla yanaşı Mehman Əliyevi də həbs etmək, qolunda qandal məhkəməyə aparıb gətirmək öyünüləsi bir şey deyil. Bunun da bədəli Azərbaycanın imicinə yönəlir”.
Tarix: 8-09-2017, 09:57
Xəbəri paylaş





Xəbər lenti