NATO-dan Moskvaya bəd xəbər
Ukraynanın Donbas bölgəsində atəşin dayandırılması Rusiyaya qarşı Qərbin sanksiyalarının ləğvi üçün kifayət etməyən əsasdır.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.Hərbi alyansın başçısı vurğulayıb ki, sanksiyaların ləğvi yalnız Minsk razılaşmalarının tam reallaşdırılması, həmçinin Ukraynanın öz şərq sərhədi üzərində nəzarəti bərpa etməsindən sonra mümkün olacaq.
O, bununla da Almaniya Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabrielin təklifini rədd edib. Qeyd edək ki, daha əvvəl Almaniya xarici işlər naziri
Donbasda atəşkəsin əldə edilməsi və ağır texnikanın təmas xəttindən çıxarılmasının qarşılığında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir hissəsinin ləğvini təklif edib.
Tarix: 9-09-2017, 00:01