Təhlükəli vəziyyət: İŞİD Qafqaza keçir?

Təhlükəli vəziyyət: İŞİD Qafqaza keçir? Yaxın Şərqdə aparılan əməliyyatlardan sonra xeyli zəifləyən İŞİD terror təşkilatı ətraf bölgələrə yayılmağa başlayıb.Yayılan məlumatlara görə mövqelərini itirən İŞİD terror təşkilatının üzvləri ya təslim olur, ya da digər ərazilərə, daha çox vətəndaşı olduqları ölkələrə üz tuturlar.Ötən gün İraqın Təlafər şəhərində keçirilən əməliyyatlarda küncə sıxışdırılan İŞİD silahlıları Peşmərgəyə təslim olub.Təslim olan terrorçular arasında azərbaycanlılar və türklərin olduğu iddia olundu.

Bu günlərdə Şimali Osetiyada İŞİD-ə sədaqət andı içən 3 silahlı şəxs zərərsizləşdirilib.Qeyd edək ki, hələ 2015-ci ildə Şimali Qafqazda, xüsusilə də Gürcüstan ərazisində özlərini Şimali Qafqaz döyüşçüləri adlandıran silahlı qruplaşma tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içmişdilər. Zaman-zaman İŞİD-in Mərkəzi Asiya, Ərəb ölkələri, Qafqaza və digər bölgələrə yayılma ehtimalları və mümkün təhlükələr haqqında fikirlər səslənib. İŞİD hal-hazırda Yaxın Şərqdə tamamilə məhv olmaq üzrədir.Koalisiya gücləri İŞİD-in strateji mövqelərinə güclü zərbələr vurub və nəzarətindəki əraziləri ələ keçirib.Maraqlıdır, İŞİD Yaxın Şərqdən sıxışdırıldıqca Şimali Qafqaza gələ bilərmi?

“İŞİD hər yerdə, Afrikada da, Avropada da təhlükədir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İŞİD hələ uzun müddət Yaxın Şərqdə varlığını qoruyacaq. Ə.Orucovun sözlərinə görə, İŞİD hələ onu yaradan güclərə lazımdır: “İŞİD bu günə qədər mövcud olan terror təşkilatlarından ən təhlükəlisi, həm də ən ağıllısıdır. Onların sıralarını genişləndirmək vasitələri çox qəribədir və onların çox güclü təbliğat vasitələri var. Məsələ ondadır ki, İŞİD hələ uzun müddət Yaxın Şərqə öz varlığını qoruyacaq.Çünki Yaxın və Orta Şərq onların fəaliyyəti üçün münbit regiondur.Xaos, özbaşınalıq, ədalətsizlik olan yerdə zorakılıqlar da çox olur.Bu baxımdan İŞİD-in hələ yaxın zamanda Qafqaza gəlmək ehtimalı yoxdur.Yaxın Şərqdə də münaqişənin uzun sürməsində məqsəd yaranan fərqli terror təşkilatlarını bir-biri ilə vuruşdurmaqdır.Bu gün İŞİD hər yerdə, Yaxın Şərqdə də, Afrikada da, Avropada da təhlükədir.Yəni, İŞİD-in yaradılmasında məqsəd insanlar arasında qorxu yaratmaqdır.Böyük güclər bu cür üsullarla özünün maraqlarını həyata keçirməyə çalışırlar”.

“Qabaqlayıcı tədbirlər görülməlidir”

Politoloq hesab edir ki, İŞİD böyük güclərin təzyiq vasitəsidir: “İŞİD elə belə yaranmayıb. Onun necə yaranması araşdırılsa, kökü gedib böyük dövlətlərin xüsusi xidmət orqanlarına çıxacaq. Digər tərəfdən terror böyük dövlətlərin bir-birinə qarşı təzyiq vasitəsidir.Bu baxımdan böyük güclər Şimali Qafqazda hansısa dövləti cəzalandırmaq istəsələr, təbii ki, terror amilini işə salacaqlar.Buna görə də hesab edirəm ki, İŞİD-i özünə qarşı təhlükə hesab edənlər qabaqlayıcı tədbirlər görməlidir”.

Qaynarinfo.Az
Tarix: 9-09-2017, 22:09
Xəbəri paylaş





Xəbər lenti