"İrandakı teokratik rejim özünü müsəlman dünyasının lideri rolunda görməkdədir. Onlar hesab edir ki, Tehran kimə dost desə, bütün müsəmanlar dost, düşmən desə gərək düşmən desin". Bu barədə "Sherg.az"a İranın Azərbaycandan İsraildə səfirlik açmamaq tələbindən danışarkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib. O qeyd edib ki, 1979-cu il fevral inqilabından sonra İran hakimiyyəti ABŞ və İsraili özünə düşmən elan edərək, "Amerikaya ölüm!” və "İsrailə ölüm!” şüarlarını irəli sürdü:
"O vaxtdan bəri İran hər iki dövlətə qarşı düşmənçilik siyasəti yürüdür. Ancaq beynəlxalq aləmdə baş verənlər göstərir ki, İran hakimiyyəti hər iki dövlət əməkdaşlıq etmək niyyətindədir.
Müstəqilliyini bərpa edəndən İran hakimiyyəti Azərbaycana "”böyük qardaşlıq” etmək niyyətindən əl çəkmir. Əslində İsrail və ABŞ-ı Azərbaycanla düşmən etmək istəyir.
Halbuki İrandakı hakimiyyət Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanı heç vaxt işğalçı adlandırmayıb. Məlum münaqişə ilə bağlı bir qayda olaraq, ümumi söz yığınından ibarət bəyanat verməklə məsələni ötürşdürüb.
Azərbaycanın daxili işlərinə qarışmağa İranın heç bir haqqı yoxdur. Özünü göstərmək üçün belə din xadimləri də nəsə deməlidirmi?! Ona görə sözləri qurtaranda belə bəyanatlar verirlər".
"Azərbaycanla bağlı İranı narahat edən nədir ?" sualına gəlincə, S.Soltan söyləyib ki, İran Azərbaycanın güclü olmasından narahatdır:
"Azərbaycanın dünyəvi dövlət olması Tehranı daim narahat edir. Əl-Haşim, Şəbüstəri və başqalarının bəyantlarına baxmayaraq, Azərbaycan həm İsrail, həm də ABŞ-la münasibətlərini və əlaqələrini inkişaf etdirir. ABŞ-da olduğu kimi, gec-tez Azərbaycanın İsraildə də səfirliyinin açılacağı istisna edilmir.
Qeyd edək ki, İranın dini liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.
"Siam.az xəbər verir ki, bu barədə məlumatı "Farsnews" agentliyi yayıb.
İslam ölkələrinin mətbuat nümayəndələrinin Təbrizdə keçirilən görüşündə Əl-Haşem bəyan edib ki, bəzi ölkələr Azərbaycan və İranı bir-birindən ayırmağa çalışır: "Bu səbəbdən biz Azərbaycan Respublikasını düşmənin tələsindən ehtiyatlı olmağa səsləyirik".
Siam.az
Tarix: 10-09-2017, 08:16