Rusiya və NATO generalları niyə Bakını seçdi?
Amerikalı ekspert bunun cavabını açıqlayıb
"Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşü Azərbaycanın sülh, xalqlar arasında dialoqa böyük töhfə verdiyini göstərir". İstiPress-in məlumatına görə, bunu beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase deyib. Onun sözlərinə görə, Bakı son onilliklər ərzində iri çoxtərəfli müzakirələrin, razılaşmaların aparıldığı bir çox Avropa şəhərlərini xatırladır.
"Təccəbüli deyil ki, Azərbaycan iki dəfə ABŞ, NATO və Rusiya hərbi liderlərinin görüşünün məkanı seçilib. Son on ildə Azərbaycan öz balanslı siyasəti, iqtisadi inkişafı və yoxsulluqla uğurlu mübarizə siyasəti ilə seçilir. Özünün ərazisinin 20 faizi ermənilər tərəfindən işağla edilməsinə baxmayaraq Azərbaycan bütün dünyada sülh və stabillik tərəfdarıdır".
Xatırladaq ki, bu il ərzində ABŞ və Rusiya generallarının - Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda ilk görüşü ilin əvvəlində olub.
Tarix: 11-09-2017, 10:16