Prezident İlham Əliyev Aleksandr Lapşini əfv edib
Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb."Report" xəbər verir ki. sərəncamla 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad ediləcək.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tarix: 11-09-2017, 11:54