ABŞ Dövlət Departamenti Saakaşvilinin Ukraynaya daxil olması barədə
ABŞ Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ətrafında vəziyyəti müşahidə edir.
Virtualaz.org xəbər verir ki, bu barədə danışan ABŞ dövlət katibinin müavini Bricit Brinksin sözlərinə görə, siyasətçinin mümkün ekstradisiyası məsələsi yalnız Ukraynanın və Gürcüstanın işidir.
“Keçmiş prezident Mixail Saakaşviliyə və onun Ukraynaya dünənki daxilolmasına gəlincə, hüquqi prosedurlar var və biz bu prosesi müşahidə edirik, - Brinks bildirib. – Gürcüstan hökumətinin Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciəti yalnız iki dövlətə - Ukraynaya və Gürcüstana aid məsələdir”.
Xatırladaq ki, sentyabrın 10-da Mixail Saakaşvili tərəfdarlarının köməyi ilə sərhəd nəzarətindən yan keçməklə Ukraynaya daxil olub.
Tarix: 12-09-2017, 07:43