"Bu, “5-ci kalon”un Mehman Əliyevin həbsdə qalması üçün hökumətə qarşı şantajıdır"

"Bu, “5-ci kalon”un Mehman Əliyevin həbsdə qalması üçün hökumətə qarşı şantajıdır" Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında barəsində 3 aylıq həbs qətimkan tədribi seçilən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edildi. Mehman Əliyev barəsində belə bir qərarın verilməsi Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb oldu və ölkə başçısının bu humanist addımı hamı tərəfindən təqdir edildi. Buna baxmayaraq, bəzi dairələr Azərbaycan prezidentinin Mehman Əliyev barəsində verdiyi qərardan heç də sevinmədi. Əksinə, bu qərarı kölgə altına almaq istiqamətində fikirlərini sosial şəbəkə və media vasitəsi ilə yaymağa başladılar.

Belə ki, bu qüvvələr Mehman Əliyev barəsində qərarın ABŞ-ın və digər Qərb ölkələrinin, beynəlxalq təşkilatların təzyiqi nəticəsində seçildiyini dilə gətirməyə başladılar. Bü qüvvələrin fikrincə, Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsində əsas rolu ABŞ Konqresində Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələnin gündəmə gətirilməsi olub. Guya Konqresdə səslənən fikirlərdən ehtiyatlanan Azərbaycan hökuməti məcburiyyət qarşısında belə addım atmalı olub.
Gununsesi.info “Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsində ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinin rolu olubmu?” suali ilə BAXCP sədrinin müavini, QHT rəhbərləri Niyaməddin Orduxanlıya nə müraciət edib.

İki gündür bu kampaniyanın aparıldığını deyən Orduxanlı bunun cəfəngiyyat olduğunu qeyd edib: “Əslində bu, bəzi qüvvələrin Mehman Əliyevin həbsdə qalması üçün hökumətə qarşı şantajıdır. Onlar Mehman Əliyevin azadlığa çıxamasında maraqlı deyillər. Açıq şəkildə bunu göstərirlər. Cənab prezident İlham Əliyev hansısa ölkə və ya beynəlxalq təşkilatının fikri ilə belə bir qərar verməsinə qətiyyən inanmıram! O, dəfələrlə açıq şəkildə bunu sübut edib. Hər kəs də çox yaxşı bilir ki, İlahm Əliyevlə təhdidlə danışmaq mümkün deyil. Baxın görün bu cür fikirləri yayan kimlərdi? Mehman Əliyevin yaxın ətrafı və “5-ci” kalonun nümayəndələri. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısı hansısa sanksiya məsələsinin gündəmə gəlməsi ilə belə bir addım atsın.

Niyaməddin Orduxanlı onu da əlavə edib ki, M.Əliyevin azad olunmasının səbəbi daha çox bu amilə söykənə bilər: İlk növbədə Mehman Əliyevin cənab prezident İlham Əliyevə etdiyi müraciət. Və bir sıra ölkənin tanınmış şəxslərinin, QHT sektoru, ziyalılar, ölkənin tanınmış simaları, siyasilər, o cümlədən təmsil olunduğu BAXCP lideri Qüdrət Həsənquliyev ilk gündən Mehman Əliyevin həbsdən azad olunması təklifi ilə çıxış edib. Biz bir partiya olaraq ilk gündən onun həbsinin əleyhinə olmuşduq. Sonda onu da qeyd edim ki, bu fikiri övriyəyə buraxanlar əslində Azərbaycanla xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında münasibəti korlamağa çalışırlar və onların hərəkəti buna xidmət edir. Azərbaycan dövlətinin imicini korlamaq istəyirlər. Bəziləri erməni diasporasının təsirində olan PİN təşkilatının nümayəndələridir. Bunla da hər zaman birbaşa erməni maliyəsi ilə dövlətimizin əleyhinə olublar. Bu adamlar istəmir ki, Azərbaycan dövlətinin beynəlxalq təşkilatları il normal münasibətləri olsun. Erməniyönümlü təşkilatlardan qrantyeyən şəxslərdən nə gözləməli idik ki?! Odur ki, bütün bunlar məqsədyönlü olaraq ortaya atılıb. Sözün doğrusu, bu adamlar ölkədə siyasi məhbus adı altında nə qədər çox insan həbsdə olsa sevinirlər. Çünki onların dolanışığı bundan çıxır. Yəni siyasi məhbus adı altında qrant alır və pul qazanırlar. O baxımdan bu insanlar Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən sevinmirlər. Ona görə də belə çirkin kampaniya aparırlar. Əllərindən yaxşı qazanca yeri çıxıb. Bunun əsəbini yaşayırlar.”
Tarix: 12-09-2017, 23:42
Xəbəri paylaş





Xəbər lenti