“Vaxtilə Heydər Əliyevə qaniçən deyən bir adam indi arvadı kiminsə qohumudu deyə...”
“Mən fərdi qaydada məmur təbəqəsiylə mübarizə aparıram”
“Qeydiyyatdan keçən bütün partiyalardan vur-tut 3-4 partiya üzdədir. O 3-4 partiyanın da siyasi arientasiyası düz deyil. Mənə təkliflər olur, əksər partiyalarla görüşümüz də olur. Məsələ ondadır ki, mən dövlətçiliyi vəzifəyə, kresloya satan adam deyiləm”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədrinin sözlərinə görə, bu gün ölkədə Azərbaycanın gələcəyi naminə müstəqil addım atan partiya yoxdur:“Düzdür, hakimiyyəti devirmək üçün çalışırlar. Bəziləri partiya sədrlərini çağırıb bu yöndə danışıqlar aparır. Artıq hərəkətə gəlməyə başlayıblar. Payıza başqa planları var, qarşıdan seçki ili gəlir. Bizə də müəyyən dairələrdən, şəxslərdən təkliflər gəlir. Onlara bir cavabım olur – mən dövlətçiliyə xəyanət etmərəm!”
MMP sədri bildirib ki, partiyaya daxil olan məlumatlardan bəlli olur ki, artıq indidən bəzi siyasilər, hansılar ki, prezidentliyə namizədliyini verəcək, narahat olmağa başlayıblar:
“Narahat olurlar ki, Hafiz Hacıyev də namizədliyini verəcək, debatlarda birdən bizi döydü, nə edəcəyik? Ya gərək onunla bir olaq, bizim tərəfə keçsin, ya da aradan götürülməlidir. Mən o adamlara sözümü çatdırmışam, məni öldürə bilməyəcəklər. Məni yaradan Allahdır, qardaşım prezident İlham Əliyevdir və onun tərəfindən də qorunuram. Və heç vaxt məni hədəfə götürən adamların provakasiyasına gedən deyiləm. Mən ölkəmdə dövlətçiliyin əleyhinə çıxa bilmərəm. Mən fərdi qaydada məmur təbəqəsiylə mübarizə aparıram. Belə götürəndə Əli Həsənovla niyə vuruşuram, onunla düşmənçiliyim var? Vaxtilə Heydər Əliyevə qaniçən deyən bir adam indi arvadı kiminsə qohumudu deyə bu gün Azərbaycanda at oynadır. Niyə? Eləcə də digər harınlamış məmurlar. Həmin adamlar bu gün adını müxalifət qoyan qüvvələrlə sıx təmasdadılar. Məsələn, bu gün nə qədər vəzifədən vurulan adamlar var, hansı ki, milyardları var, hamısı birləşiblər. Mənə də deyirlər gəl birləşək. İndi təsəvvür edin, Rəsul Quliyev ordan adamına deyir ki, Hafiz Hacıyevlə əlaqə qurun görək nə olur, bu biri partiyalar burdan… Mən hələ ad çəkmirəm, hamısını demirəm. Bir onu bilsinlər ki, nə qədər ki, mən varam, İlham Əliyevə zərbə dəymiyəcək. Ona atılan siyasi güllələrin qarşısında mən varam”.(versus.az)
Tarix: 14-09-2017, 14:12