Gürcüstan azərbaycanlılarına Avropada “yaşıl işıq”
“Biz hamımız Gürcüstan vətəndaşıyıq. Gürcüstanda yaşayan hər bir azərbaycanlı rahat şəkildə Avropaya gedib gəlir. Borçalıda, Marneulidə yaşayan azərbaycanlıların artıq Avropada işləmək imkanları da var”. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.
“Artıq bir neçə gənc rahat şəkildə iş də tapıb. Azərbaycanlılara viza məsələsinə görə hansısa şərt qoyulmayıb. Hər kəs bundan yararlanır. Gürcüstan qanunları hər bir vətəndaşa aiddir”.
Deputat deyib ki, Avropada ciddi qanun pozuntusu aşkarlanmayıb.
“3 ay ərzində 50 mindən çox Gürcüstan vətəndaşı Avropaya gedib. Necə ki, rahat şəkildə Bakıya gedib-gəlirlər, eləcə də Avropa ölkələrinə də gedirlər. Ciddi qanun pozuntuları da aşkarlanmayıb”
Qeyd edək ki, bu ilin fevralında Avropa Parlamenti Brüsseldə keçirilən iclasında Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunmasına səs verib.
Namidə BİNGÖL
Tarix: 15-09-2017, 09:17