İcra başçılarının növbəti ƏLƏMƏ DALĞASI - kimlər gedir?
Yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdiriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynağa görə, artıq vəzifələrini itirəcək rayon rəhbərlərinin adları məlumdur.Mənbənin dia.az-a söylədikləri: "İlkin olaraq 3 rayonun - Gəncənin, Şamaxının və Qaradağın icra başçıları görəvlərindən alınacaq. Onlardan yalnız birinin - hazırda Qaradağ rayonuna başçılıq edən Süleyman Mikayılovun yenidən təyinatı gözlənilir. Elmar Vəliyevlə Asif Ağayev isə icra başçısı kareyeralarını bitirirlər. Növbəti dalğada isə yeni dəyişikliklər olacaq ki, bu ilin dekabrına qədər çəkəcək qeyd olunan proses zamanı 20-yə yaxın rayonun rəhbərunun görəvdən alınması nəzərdə tutulub".
Həmin rayon başçılarının kimliyi barədə daha geniş materialları təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Tarix: 18-09-2017, 10:14