İrandan Bərzaniyə sərt mesaj: “Sərhədi bağlayarıq”
Hurriyyet.org xəbər verir ki, İran 25 sentyabrda keçiriləcək qondarma referendumla bağlı Məsud Bərzaniyə sərt mesaj verib. İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Ali Şamhani Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik elan edəcəyi təqdirdə, sərhəd qapılarını bağlayacaqlarını və bütün razılaşmalara nəzər salacaqlarını deyib.İraq Kürd Regional Muxtariyyətinin sentyabrın 25-də keçirəcəyi qondarma müstəqillik referendumu ilə bağlı bir açıqlama da İrandan gəlib. Tehran müstəqillik elan ediləcəyi təqdirdə, sərhəd qapılarını bağlayacaqlarını bəyan edib. Şamhani deyib: “Kürdüstan bölgəsi İraqdan ayrılarsa, onlarla bağladığımız bütün müqavilələri təkrar nəzərdən keçirəcəyik”. İran bundan əvvəl də haqqında danışılan referenduma qarşı olduğunu bildirmişdi. İran qonşu İraq dövlətinin ərazi bütövlüyünü tərəfdarı olduğunu bəyan edib.
Tarix: 18-09-2017, 14:25