Azərbaycan hakimiyyəti AŞPA-da mühüm adamını itirdi
OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 mlrd. dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olması ilə əlaqədar Belçikalı senator Alan Desteks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib.Medianın məlumatına görə, Desteks Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alıb.
Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi. İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu.
Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma, sentyabrın 16-da Desteks ona qarşı “hücumlardan” gileylənərək istefa verib.
“Həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzəmin məzmunu deyil, mənim şəxsiyyətim üzərində cəmlənib”, Belçika mətbuatı Desteksin sözlərindən sitat gətirir.
(www.levif.be/actualite/belgique/azerigate-destexhe-demissionne-de-l-assemblee-parlementaire-du-conseil-de-l-europe/article-normal-723899.html)Desteksin fikrincə, “sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir”.Bir müddət əvvəl Desteks AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunub.
24saat.org
Mənbə – azadliq.info
Tarix: 19-09-2017, 08:09