Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"
"Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair 2009-cu ildə imzalanmış protokolları ləğv etməyə hazırdır".
"Report" xəbər verir ki, bu bəyanatla Ermənistan prezidenti Serj Sarqsyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxış edib.
Ermənistan prezidenti sənədlərin ratifikasiyası istiqamətində irəliləyiş olmayacağı təqdirdə Türkiyə hakimiyyətini belə bir addım atacaqları ilə hədələyib.
O bildirib ki, bu, artıq 2018-ci ilin yazında baş verə bilər.
Tarix: 20-09-2017, 08:51