Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur.
Publika.az Azərtaca istinadən xəbər verir ki, bu fikri sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında söyləyib.Dövlətimizin başçısı deyib: “Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar.***
Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir.
Publika.az Azərtaca istinadən xəbər verir ki, bu fikri sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində söyləyib.
Dövlətimizin başçısı bildirib ki, eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib. Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.
Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə “ASAN” BMT-nin Dövlət Xidməti Mükafatına layiq görülüb.
***
"Azərbaycan qlobal enerji bazarında vacib rol oynayır. Ölkəmiz neft və qazın beynəlxalq bazara tədarükündə etibarlı tərəfdaş kimi dünyanın bir çox ölkəsi üçün enerji təhlükəsizliyini təmin edir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birgə Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşmasına çox yaxındır.
"40 milyard dollardan artıq investisiyaya malik Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biridir.
Bizim üçün digər prioritetlərdən biri də nəqliyyatdır. Avropa ilə Asiyanın arasında yerləşən Azərbaycan özünün coğrafi mövqeyindən istifadə edərək Avrasiyada böyük nəqliyyat mərkəzlərindən birinə çevrilmək niyyətindədir.
Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə maliyyə ayırır. Ölkəmizdən keçən bu dəhlizlər hər iki istiqamətdə ən qısa yol olacaq.
Azərbaycan ötən il müstəqilliyinin 25 illiyini qeyd edib. Ölkəmizin uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olanda, ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi odur ki, ölkəmiz müstəqildir. Azərbaycan azad siyasət yürüdür və bu siyasət xalqın marağına uyğundur", - deyə prezident vurğulayıb.
***
"Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMTTəhlükəsizlik Şurasının da 4 qətnaməsi var.Lakin Ermənistan qətnamələri həyata yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMTTəhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır.
BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "statu-kvo" qəbuledilməzdir".
Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".
***
Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edir.
Ölkə başçısı qırğızıstanlı həmkarından sonra çıxış edir.Prezident bildirib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20%-ni Dağlıq Qarabağvə onun ətrafında olan 7 rayonu işğal edib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır. Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır.Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkündür. Ermənistan bu ölkədə, həmçinin Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır”.
Prezident İlham Əliyev Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.
Tarix: 20-09-2017, 21:40