Lavrovdan BMT-yə xəbərdarlıq: Diqqətli olun

Lavrovdan BMT-yə xəbərdarlıq: Diqqətli olun BMT sülhməramlı qüvvələrin gücləndirilməsi işində diqqətli olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Sülhməramlı qüvvələr gücündən yalnız özünü və vəzifəsini qorumaq üçün istifadə edə bilər”, - nazir bildirib.

Lavrov onu da əlavə edib ki, keçmişdə sülhməramlı qüvvələrin Konqo Demokratik Respublikası və Malidə fəaliyyəti nəticəsində xeyli dinc sakin həlak olmuşdu.
Tarix: 21-09-2017, 07:25
Xəbəri paylaş





Xəbər lenti