"İlqar Məmmədovun azadlığa çıxması xəbəri provokasiyadır" — Natiq Cəfərli
“REAL” hərakatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb.
Məsələni aydınlaşdırmaq üçün REAL hərakatının icra katibi Natiq Cəfərli əlaqə saxladıq.Natiq Cəfərli Ölkə.Az-a açıqlamasında yayılan xəbərləri yalan adlandırdı.
REAL hərəkatının icra katibinin sözlərinə görə, İlqar Məmmədovun azadlığa çıxması xəbəri provokasiyadan başqa bir şey deyil.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri də yayılan xəbəri təkzib ediblər.
Səxavət Məmməd
Tarix: 23-09-2017, 09:05