Bədrəddin Quliyev mandat davasında: “Fövqəlnazir”in mesajları nəyə xidmət edir
Prezident seçkilərinə qədər olan zaman azaldıqca ölkənin siyasi gündəmində aşkar canlanma müşahidə olunmaqdadır. 2018-ci il seçkilərinin xüsusi özəl cəhətlərindən biri də bu siyasi olayda iqtidarla-müxalifət arasında mübarizədən daha çox iqtidardaxili qüvvələrin öz aralarında “kim kimi” məsələsini həll edəcəyi gözlənilir. Artıq bu prosesin müəyyən nüansları da sezilməkdədir. Onu da bildirək ki, hazırda hakim komanda daxilindəki qarşıdurmada özünümüdafiə məqamından hücum mövqeyinə keçməyə cəhd edən kimi görünən fiqur Fövqəladə Hallar Naziri Kəmaladdin Heydərovdur.Kimlər və nə danışdı?Digər mənsəb sahiblərindən fərqli olaraq K.Heydərov özü birbaşa meydanda görünmür. Zaman-zaman formalaşdırdığı altyapının-siyasi təşkilatlardan tutmuş biznes strukturlarınadək böyük bir sistemin ayrı-ayrı fiqurlarını hərəkətə gətirib. Biz cumhuriyyet.az olaraq bu prosesin bəzi detallarına diqqət ayırmışıq. Məsələn, Cumhuriyyet Xalq Partiyasının sədri Bədrəddin Quliyevin mərhum prezident Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə bağlı iddiaları haqda “Bədrəddin Quliyevdən Heydər Əliyevə qarşı təbliğat: 2003-cü ildə “fövqəlnazir”in vasitəçisi kim olub?” başlıqlı yazımızda bəhs etmişdik. Biz yazımızda iki böyük siyasi liderin münasibətlərinə xırda fiqurların qarışıb tarixi yanlışlıq etməsinə etiraz bildirmişik və Fövqəladə Hallar Nazirinə bağlılığı sirr olmayan şəxsin əslində mərhum prezident Heydər Əliyevin nüfuzuna qarşı hesablanan bu açıqlamasının təsadüfi olmadığını iddia etmişik. İddiamızda qalırıq.
Bundan bir qədər sonra isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından müəmmalı bəyanatlar səsləndi. Əvvəlcə partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə siyasi məhbuslar olduğunu dilə gətirdi, ardınca isə sədr müavini Niyaməddin Orduxanlı ölkə rəhbərinə və bütövlükdə iqtidara ciddi ittihamlar səsləndirilən mitinqin hakimiyyətin sifarişi ilə baş tutduğunu bildirdi. “BAXCP-dən siyasi şok: Qüdrət Həsənquliyev komandası prezidentə və dövlətə qarşı” başlıqlı yazımızda da bu mövzuya toxunmuş və bildirmişdik ki, Məntiqi nəticə çıxarmaq çətin deyil. Demək, Əli Kərimli Azərbaycana qarşı xarici təzyiqlərin qarşısını almağa çalışdığı halda, Q.Həsənquliyev siyasi məhbus etirafı ilə ikili standartlara dəstək verir.
Kəmaləddin Heydərov izi necə görünür?Qüdrət Həsənquliyevi və Bədrəddin Quliyevi konkret olaraq kimlər danışdırır, bu barədə bir söz demək çətindir. Bu işdə maraqlı olan qüvvələr deputatı ələ də ala bilərlər. Ən azından maddi və siyasi maraqlar üst-üstə düşəcəyi təqdirdə, belə bir istəyin formalaşması və ya gündəmə gəlməsi mümkündür. Bu əsnada diqqəti çəkən bir başqa məsələ də var. Məsələn, illərdən bəri belə bir fikir formalaşıb ki, Həsənquliyevin mandat qazanmasının səbəbkarı həmyerlisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Bu əlaqələri dolayısı ilə millət vəkili özü də mətbuata aşıqlamasında etiraf edib. Bədrəddin Quliyevlə bağlı da məsələ fərqli deyil. Əslində, mediaya açıqlamasında və ictimai fəaliyyət görüntüsündə partiya sədri kimi təqdim olunan Bədrəddin Quliyev gerçəkdə bir iş adamıdır. Google axtarş sistemində adamın adı ilə baxlı araşdırma bunu tam təsdiq edir. Adi bir iş adamı bir əsrlik siyasi tariximizin iki böyük şəxsiyyətinin münasibətlərinə baş vura bilməz ki. Özü də indiki məqamda. Bədrəddin Quliyev Föövqəladə HallarNnaziri Kəmaləddin Heydərovun adamidir! Bunun başqa bir ifadəsi yoxdur və illər boyu susan “partia sədri” iki hissəli geniş müsahibə verirsə danışan özü yox şefidir.
Bədrəddin Quliyev ikinci addımı atırİlk müsahibəsinin ardınca illərdi mediadan kənarda qalan CXP sədri, iş adamı Bədrəddin Quluyev bu günlərdə ikinci bir açıqlama ilə çıxış edib. Bu dəfə daha dərin məsələlər “təhlil edilib” və məlum məqamın daha dəqiq mesajları çatdırılıb. Moderator.az-a açıqlamasında B.Quliyev deyir: “Bəzi məmurların dövlət vəzifəsindən istifadə edərək yaratdıqları imperiya yavaş-yavaş çökür. Daimi heç bir şey yoxdur. Iqtisadi gərginlik elə bir şərait yaradıb ki, bu şərait xalqın maraqları baxımından qurban tələb edir. Biz yaxın gələcəkdə belə qurbanlara şahid olacayıq”. İfadələrin siyasi tərcüməsi elə də çətin deyil. “Bəzi məmurlar dövlət vəzifəsindən istifadə edərək imperiya yaratmışıymışlar” və bu imperiyanın çökməsi sırf iqtisadi gərginliklə bağlıdır. Bir qədər də açıq ifadə etsək bu vaxta qədər məmurların topladığı çirkli capital aşkar olub və dövlətin üst qatı buna göz yumub. İndi isə prezidentin korrupsiyaya qarşı mübarizə bəyanatları yalnız sözdədi, sadəcə iqtisadi gərginlik bu situasiyanı yaradıb. Bu da “fövqəlnazir”in altyapı sistemindən daha bir mesaj. Güman ki bunun ardının da şahidi olacağıq və heç şübhəsiz mesajı çatdıran şəxs də mükafatsız qalmayacaq. B.Quliyevin son açıqlamasında “biz gələcək parlament seçkilərinə hazırlaşırıq, prezident seçkilərinə yox” deməklə buna da işarələr edib…
Elçin Əmirov, Cumhuriyyet.az
Tarix: 25-09-2017, 08:54