Türkiyə və Rusiya prezidentləri Kürdüstan referendumu haqda
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ankarada baş tutan danışıqlar zamanı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər.RİA Novosti-nin verdiyi xəbərə görə, R.T.Ərdoğan danışıqların yekunlarını şərh edərkən kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsini böyük səhv adlandırıb.
“Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.
Siam.az
Tarix: 29-09-2017, 07:42